Icma.az
close
up
RU
Cəbrayıl Zəfərin qapısı

Cəbrayıl Zəfərin qapısı

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Cəbrayıl rayonu 23 avqust 1993-cü ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Qarabağ müharibəsi dövründə Strateji coğrafi mövqeyə malik olan rayonun işğalı Azərbaycanın cənub sərhədlərinin təhlükəsizliyinə ağır zərbə vurmuşdur.

 İşğal nəticəsində Cəbrayıl rayonunun 1 şəhəri, 4 qəsəbəsi və 92 kəndi işğal edilmiş, 1050 kvadratkilometr ərazi düşmən nəzarətinə keçmişdir. Rayonun 50 mindən çox sakini doğma ocaqlarından didərgin düşərək məcburi köçkün vəziyyətinə düşmüş, minlərlə mülki şəxs və hərbçi şəhid olmuşdur.

 İşğaldan əvvəl Cəbrayıl inkişaf etmiş kənd təsərrüfatı, üzümçülük, heyvandarlıq, emal sənayesi obyektləri, habelə geniş təhsil, səhiyyə və mədəniyyət müəssisələri şəbəkəsinə malik idi. İşğal rayonun onilliklər ərzində formalaşmış sosial-iqtisadi infrastrukturunu tamamilə sıradan çıxarmışdır.

27 illik işğal dövründə Cəbrayıl ərazisində mədəni, tarixi və dini abidələr, məscidlər, qəbiristanlıqlar, habelə yaşayış və inzibati binalar sistemli şəkildə dağıdılmışdır. Regionun zəngin təbiəti, meşə zolaqları və təbii ehtiyatları ekoloji terrora məruz qalmışdır.

 Cəbrayıldan olan məcburi köçkünlər respublikanın 58 müxtəlif rayon və şəhərində, əsasən ağır şəraitdə məskunlaşmışdılar. Dövlətin həyata keçirdiyi sosial siyasət nəticəsində onların məşğulluq, mənzil-məişət və təhsil problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

1994-cü il Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi azad edilsə də, Lələtəpə yüksəkliyinin düşmən nəzarətində olması səbəbindən orada məskunlaşma mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması ilə Cocuq Mərcanlıda təhlükəsiz yaşayış təmin edilmiş və "Böyük Qayıdış"ın ilk təməli qoyulmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatları keçirərək 4 oktyabr 2020-ci il tarixində Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl Vətən müharibəsində azad edilən ilk rayon mərkəzidir.

Cəbrayılın azad edilməsi 27 illik həsrətə son qoyaraq xalqın döyüş ruhunu qaldırmış, Azərbaycan Ordusuna mənəvi-psixoloji və strateji üstünlük qazandırmışdır. Şəhərdə Dövlət Bayrağının ucaldılması hərbi Zəfərin ilk parlaq rəmzinə çevrilmişdir.

Cəbrayıl əməliyyatı hərbi baxımdan son dərəcə mürəkkəb idi, çünki düşmən illər ərzində burada güclü müdafiə istehkamları və "Ohanyan xətti"ni qurmuşdu. Bu yarılma Zəngilan, Qubadlı və Laçın istiqamətində hərbi uğurların qazanılması üçün həlledici dayaq nöqtəsi rolu oynamışdır.

Azərbaycan Respublikasının Qanunu ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunmuşdur. Cəbrayıl rayonunun azad edilməsi uğrunda aparılmış hərbi əməliyyatlarda rəşadət və igidlik göstərmiş minlərlə hərbi qulluqçu bu medal ilə təltif edilmişdir.

 18 oktyabr 2020-ci ildə cənub sərhədimizin rəmzi olan tarixi Xudafərin körpüsü azad edilmiş və orada Azərbaycan bayrağı ucaldılmışdır. Bu hadisə Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsi və milli dövlətçilik tarixi baxımından müstəsna mənəvi-siyasi əhəmiyyət kəsb edir.

 Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cəbrayıl şəhərinin azad edildiyi 4 oktyabr tarixi "Cəbrayıl Şəhəri Günü" kimi təsbit olunmuşdur. Bu qərar tarixi zəfərin əbədiləşdirilməsi və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.

Azadlıqdan dərhal sonra regionda "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı minatəmizləmə, yenidənqurma və bərpa işlərinə başlanılmışdır. Şəhərin və kəndlərin müasir urbanizasiya standartlarına uyğun qurulması üçün layihələr icra olunur.

Prezident İlham Əliyevin fərmanı ilə Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı təsis edilmişdir. Bu zonanın yaradılması regionda logistika, sənaye, məşğulluq və iqtisadi reinteqrasiya imkanlarını sürətləndirən əsas amildir.

 Rayonun enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə "Cəbrayıl" yarımstansiyası və Şərqi Zəngəzurun enerji şəbəkəsini inteqrasiya edən infrastruktur qurulmuşdur. Habelə günəş və hidroenerji potensialından istifadə layihələri həyata keçirilir.

 Zəfər yolu, Əhmədbəyli–Füzuli–Şuşa, Xudafərin–Gorus və Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd magistral avtomobil və dəmir yolları Cəbrayılı mühüm nəqliyyat-logistika qovşağına çevirir.

Cəbrayıl şəhərinin Baş planı "yaşıl enerji", müasir memarlıq və ekoloji davamlılıq prinsipləri əsasında hazırlanıb. Plan şəhərdə inzibati, yaşayış, təhsil, səhiyyə və istirahət zonalarının optimal təşkilini nəzərdə tutur.

 Böyük Mərcanlı kəndi bərpa layihələri çərçivəsində "Ağıllı kənd" konsepsiyası üzrə yenidən qurulması nəzərdə tutulan, rayonun kənd təsərrüfatı potensialı yüksək olan yaşayış məntəqələrindəndir.

 Karxulu kəndi Arazboyu zolaqda yerləşən və bərpası nəzərdə tutulan strateji yaşayış məntəqələrindən biridir. Kənddə müasir infrastruktur və sosial obyektlərin tikintisi planlaşdırılır.

 Sarıcallı kəndinin təməli yenidənqurma planlarına uyğun olaraq qoyulmuşdur. Kənddə yaşayış binaları ilə yanaşı, məktəb, bağça və təsərrüfat obyektlərinin inşası sürətlə davam etdirilir.

Maşanlı kəndi Cəbrayılın tarixi kəndlərindən biri olub, Böyük Qayıdış proqramı çərçivəsində yenidən layihələndirilən və sakinlərin qayıdışı üçün hazırlanan məntəqələrdəndir.

 Horovlu kəndində müasir yaşayış məhəllələrinin təməli qoyulmuşdur. Kəndin bərpası zamanı ekoloji standatlara və müasir muxtar infrastruktur təminatına xüsusi diqqət yetirilir.

Şükürbəyli kəndi mühüm nəqliyyat qovşağında yerləşdiyindən regionun logistikasında mühüm rol oynayır. Kəndin ərazisində elektroenergetika və nəqliyyat infrastrukturu artıq bərpa edilmişdir.

 Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı olan "Böyük Qayıdış" proqramı çərçivəsində Cəbrayıl sakinləri mərhələli şəkildə öz ata-baba ocaqlarına köçürülür, onların məşğulluğu və sosial inteqrasiyası təmin edilir.

Cəbrayıl şəhərində inşası başa çatdırılan müasir Yaşayış Kompleksi çoxmənzilli binalardan ibarət olub, bura köçürülən əhalinin rahat və təhlükəsiz yaşayışını təmin edən bütün sosial infrastruktura malikdir.

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıla müntəzəm səfərləri bərpa-quruculuq işlərinin şəxsi nəzarətdə saxlanmasının göstəricisidir. Bu səfərlər zamanı strateji obyektlərin, sənaye parkının, yaşayış komplekslərinin və infrastrukturların təməli qoyulmuş və açılışları reallaşdırılmışdır.


Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Oktyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri