Icma.az
close
up
RU
Cəbrayıl Zəngilan səfərindən maraqlı təəssüratlar FOTOREPORTAJ

Cəbrayıl Zəngilan səfərindən maraqlı təəssüratlar FOTOREPORTAJ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 3-də ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərləri, deputatlar, tanınmış ictimai xadimlər, media orqanlarının rəhbərləri növbəti birgə səfər çərçivəsində Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilmiş səfərdə 70-dən artıq ictimai şəxs iştirak edirdi.

Belə birgə səfərlər artıq formalaşmış ənənəyə çevrilib. Bu sayca 7-ci səfər idi. Bundan əvvəl Ağdam, Şuşa (2 dəfə), Zəngilan, Xocalı, Əsgəran, Xankəndi və Laçına belə birgə səfərlər təşkil olunub.

Cəbrayıl və Zəngilan səfərinin proqramı çox zəngin və maraqlı idi. İlk olaraq iştirakçılara Horadiz şəhərinin yaxınlığında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan minatəmizləmə fəaliyyəti barədə geniş məlumat verildi. İştirakçılara düşmən tərəfindən basdırılmış minalardan birinin- tank əleyhinə minanın zərərsizləşdirilməsi prosesini izləmək imkanı yaradıldı. Mərminin partladılmasını uzaqdan müşahidə etdik.

Məlumat verildi ki, minalanmış ərazi 30 min kvm-dən çoxdur. Bu ərazidən 47 ədəd mina aşkar edilərək zərərsizləşdirilib. Avqustun sonunadək işlərin tam başa çatdırılması nəzərdə tutulur.

Daha sonra səfər iştirakçıları üçün Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən Cəbrayıl şəhərinin giriş hissəsində işğal zamanı düşmənin dağıtdığı evlərin qalıqları, Cəbrayıl şəhərində yeni tikilmiş yaşayış kompleksi və Mehdi Mehdizadə adına tam orta məktəb ilə tanışlıq, həmçinin şəhərin baş planının təqdimatı keçirildi.

Qeyd edim ki, Cəbrayıl şəhərində tikilmiş 4-5 mərtəbəli binalar çox gözəl memarlıq layihələri əsasındadır və təbiiliyi qoruyan fasadlara malik şəkildədir. Burada müxtəlif sosial və mədəni obyektlər, həmçinin istehsal və xidmət müəssisələri də yaradılıb. Onlardan birinə- tikiş sexinə də baş çəkdik. Burada müxtəlif geyimlər istehsal olunur.

Səfər çərçivəsində iştirakçılar Cəbrayılda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ilə tanış oldular. Qeyd edək ki, 200 hektar sahəni əhatə edən parkda 17 rezident fəaliyyət göstərir. Parka 131,4 milyon manat investisiya qoyulması nəzərdə tutulub və indiyədək 35,5 milyon sərmayə qoyulub. Burada 1810 nəfərin işlə təmin olunması nəzərdə tutulub, indiyədək 90 nəfər işlə təmin olunub. Sənaye Parkında digər istehsal müəssisələri ilə yanaşı smart televizorların istehsalı da nəzərdə tutulur.

Daha sonra Zəngilan rayonunun Məmmədbəyli kəndi ilə tanış olduq. Kənd çox səliqəli şəkildə salınıb və 3 tərəfə avtomobil yolları vasitəsilə çıxışı var. Kəndin ətrafında ictimai heyvandarlıq kompleksi yaradılıb. Su və elektrtik təchizatı həll olunub.

Səfər zamanı Oxçuçay üzərində yerləşən "Zəngilan" SES-ə ekskursiya təşkil olundu. Qeyd olundu ki, çay üzərində 4 kiçik SES yaradılıb və ən son texnoloji qurğular vasitəsilə həm çayın suyundan elektrik əldə olunur, həm çayın təbii axarı qorunub saxlanır və bu sudan təsərrüfat məqsədləri üçün də istifadə edilir.

Zəngilan şəhər məscidi son dərəcə gözəl və keyfiyyətli şəkildə inşa edilib. Məscidin yanında ermənilər tərəfindən köhnə məscidin qalıqları qorunub saxlanıb və içərisində məscidlərə qarşı vandalizmlə bağlı foto sərgi təşkil olunub.

Zəngilan Konqres Mərkəzi multifunksional imkanlara cavab verəcək şəkildə tikilib və burada müxtəlif tədbirlərin, mərasimlərin təşkili üçün hər cür imkanlar yaradılıb.

Daha sonra 104 mənzilli yaşayış kompleksi və maraqlı layihə əsasında dairəvi şəkildə tikilmiş məktəb binası ilə tanış olduq.

Ümumiyyətlə həm Cəbrail şəhəri, həm Zəngilan şəhəri, həm də bu rayonların bütün kəndləri erməni faşistləri tərəfindən yer üzündən silinib və indi onların hamısı sıfırdan bərpa olunur. Şəhər və kəndlərin dağıntıları hər yerdə müşahidə olunur. Çox böyük bir ərazidə çox nəhəng işlər gedir ki, bu bölgəyə yenidən həyat geri dönsün. Çox böyük vəsaitlər və çox böyük zəhmət hesabına bu bölgə yenidən yaradılır.

Səfərdə iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində ötən dövr ərzində görülmüş işlər haqqında geniş məlumat verdi.

Cəbrayıl və Zəngilanın timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olduğunu bildirən Ədalət Vəliyev qeyd edib ki, bir müddət sonra Qarabağ dünyanın ən füsunkar məkanlarından biri olacaq. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Böyük Qayıdış Proqramı bu cür nəticələrin əldə olunması üçün müstəsna zəmin yaradır. Bu gün artıq bu bölgədə həyat bərpa olunur, şəhərlər salınır, kəndlər yenidən qurulur, yollar çəkilir, bütün infrastruktur sistemləri yaradılır, istehsal müəssisələri açılır.

Səfər iştirakçılarına bildirilib ki, bölgənin turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə uzlaşdırılacaq. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcək. Yaradılacaq yeni infrastruktur layihələri Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.

Ümumiyyətlə, Cəbrəyıl və Zəngilan səfəri çox maraqlı təəssüratlarla yadda qaldı. Yol boyu hər yerdə, şosse və dəmiryollarının çəkildiyini, kəndlərin salındığını, kommunal təchizat xətlərinin qurulduğunu, müxtəlif tikintilərin aparıldığını müşahidə etdik. Bunları təqdim olunan çoxsaylı fotolarda görürsünüz. Çox böyük bir ərazidə münbit torpaqlar, su ehtiyatları və digər təbii resurslar var ki, bunlar əsasında da regionun güclü iqtisadi perspektivi aydın görünür. Yaxın illərdə bu zonada həyat daha da qaynayacaq, hər yanda tarlalar, bağlar, müxtəlif müəssisələr, kəndlər, şəhərlər, turizm mərkəzləri olacaq.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı və dövləti 30 il əvvəl işğal olunmuş torpaqlarını azad edəndən sonra oraya yenidən həyat verir. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsi böyük bir tikinti meydançasına bənzəyir.

Dədə Qorqud demişkən, torpağı əkib-becərməsən onu qorumağa dəyməz. Biz torpaqlarımızı azad etdik, indi isə əkin-biçin, qurub-yaratmaq dövrüdür.

Elçin Bayramlı

Bakı-Cəbrəyıl-Zəngilan-Bakı

Fotolar müəllifindir

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"" istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri