Icma.az
close
up
RU
Cəbrayılda mina müzakirəsi

Cəbrayılda mina müzakirəsi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun Cəbrayılda keçirilən iclasında humanitar minatəmizləmə fəaliyyətinin gedişatı, qarşıda duran hədəflər və mövcud çağırışlar müzakirə edilib.

İşçi qrupun üzvləri əvvəlcə Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Horovlu kəndlərində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar. Səfər iştirakçıları həyata keçirilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə ediblər.

Daha sonra İşçi qrupun Cəbrayıl rayonunda iclası keçirilib.

ANAMA-nın İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində icra olunan minatəmizləmə layihələri barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 84 min 146.5 hektar olmaqla, ümumilikdə, 228 min 689.9 hektar ərazi mina və müharibənin digər partlayıcı qurğularından təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 210 min 655 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.

İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad edilmiş ərazilərdə dövlət başçısının tapşırığı əsasında aparılan sürətli bərpa-quruculuq işlərinin keçmiş məcburi köçkünlərin burada təhlükəsiz və dayanıqlı məskunlaşmasına xidmət etdiyini bildirib. V.Hacıyev qarşıya qoyulan hədəflərə nail olmaq üçün torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin ən əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

İşçi qrupun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. İclasda təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən müzakirə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see744

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see677

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see257

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see224

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see217

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see211

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see185

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see178

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see177

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see175

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see170

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see162

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri