Icma.az
close
up
RU
“Cəbrayılın azadlığında cəbrayıllı şəhidin də payı var” Mayor Səyavuş Kəlbalıyev

“Cəbrayılın azadlığında cəbrayıllı şəhidin də payı var” Mayor Səyavuş Kəlbalıyev

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün Cəbrayıl rayonunun işğaldan azad olunduğu gündür. Bu tarix həm də Cəbrayılın igid oğlu, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan mayor Səyavuş Kəlbalıyev Hümbət oğlunun ruhuna bir daha minnətdarlıqla baş əymək günüdür.

Modern.az-ın məlumatına görə, Səyavuş Kəlbalıyev 1987-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya göz açıb. Uşaqlıq illərini müharibənin kölgəsində keçirsə də, Vətən sevgisi onun həyat yolunun əsas istiqamətinə çevrilib. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən Şuşa şəhər 6 saylı tam orta məktəbdə alan Səyavuş 2005-ci ildə məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

2009-cu ildə məzun olduqdan sonra Azərbaycanın müxtəlif bölgələrində hərbi xidmətini davam etdirən Kəlbalıyev peşəkar zabit kimi tanınırdı. İkinci Qarabağ müharibəsi zamanı o, Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi vəzifəsində çalışırdı.

Səyavuş Kəlbalıyev 2020-ci il sentyabrın 29-da, Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla şəhid olub. O, doğma torpaqların azadlığı uğrunda son nəfəsinə qədər vuruşub.

Mayor Kəlbalıyev Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib. Ailəli idi, iki övladı yadigar qalıb.

Qəhrəman zabitimizin Vətən qarşısındakı xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Bu gün Cəbrayılın azadlığı qeyd edilərkən, həmin uğurun bünövrəsində dayanan şəhidlərimizin, o cümlədən cəsur cəbrayıllı mayor Səyavuş Kəlbalıyevin xatirəsi qürurla yad edilir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri