Çeçenistanda fövqəladə hal rejimi elan edildi
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federasiyasının Çeçenistan Respublikası ərazisində əhalinin qorunması və əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması məqsədilə fövqəladə hal rejimi tətbiq edilib.
Rusiya KİV-ləri xəbər verir ki, müvafiq sərəncamı respublika rəhbəri Ramzan Kadırov imzalayıb.
"Yaranmış fövqəladə hal regional xarakterli fövqəladə hallara aid edilsin və Çeçenistan Respublikası ərazisində "Fövqəladə hal" rejimi tətbiq olunsun", - sənəddə bildirilib.
FHN-in regional Baş İdarəsinin rəhbəri Əlixan Çakayevin məlumatına görə, aramsız leysan yağışları və çaylarda suyun səviyyəsinin qalxması nəticəsində Çeçenistanın 18 yaşayış məntəqəsi ərazisində 1,8 mindən çox ev və həyətyanı sahə su altında qalıb. 500 nəfər təxliyə edilib. O əlavə edib ki, əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılmasına ümumilikdə 2 mindən çox insan və 668 ədəd texnika cəlb olunub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 29 Mart 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















