Çeçenistanda xüsusi təyinatlı polis alayının kazarması hücuma məruz qalıb, yaralılar var
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çeçenistanda Axmat Kadırov adına xüsusi təyinatlı polis alayının kazarması üzərində PUA-nın zərərsizləşdirilərək partlaması nəticəsində 4 polis əməkdaşı yüngül xəsarət alıb.
Bu barədə Çeçenistan lideri Ramzan Kadırov bildirib.
Çeçenistan rəhbərinin sözlərinə görə, havada partlayan PUA binanın damını zədələyib, şüşələri qırıb. Əraziyə düşən hissələr yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb.
“Binaya ciddi ziyan dəyməyib”, - Kadırov qeyd edib.
Məlumata görə, zərərsizləşdirilən PUA Ukrayna Silahlı Qüvvələrinə məxsus olub./APA

Çeçenistanda xüsusi təyinatlı polis alayının kazarması hücuma məruz qalıb, yaralılar var
12 Dekabr 2024 08:34
Çeçenistanda xüsusi təyinatlı polis alayının kazarması hücum yaralılar var
12 Dekabr 2024 08:50
Xüsusi təyinatlı polis alayının kazarması hücuma məruz qaldı Yaralılar var
12 Dekabr 2024 22:04

