Icma.az
close
up
RU
Cefri Epşteynlə bağlı FTB yə şəxsən zəng edib

Cefri Epşteynlə bağlı FTB yə şəxsən zəng edib

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Playboy jurnalının yaradıcısı Hyü Hefner 2005-ci ildə jurnalın keçmiş “Ayın qızı”ndan birinin Cefri Epşteyn tərəfindən cinsi zorakılığa məruz qalması barədə etirafından sonra ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) dəfələrlə zəng edərək maliyyəçinin məsuliyyətə cəlb olunmasını tələb edib.
Bizim.Media xəbər verir ki, bu barədə Epşteynin 32 qurbanının ABŞ hökumətinə qarşı qaldırdığı yeni məhkəmə iddiasında yer alan materiallarda məlumat verilib.
Zərərçəkənin Playboy jurnalının 2003-cü ilin oktyabr ayının modeli Odra Linn Kristiansen olduğu bildirilir. O, 23 yaşında olarkən Beverli-Hillzdə yerləşən Hefnerin məşhur malikanəsində yaşayırdı.
 

Kristiansen 2005-ci ildə media maqnatından kömək istəyib. O, Hefnerin hüquq-mühafizə orqanlarında kifayət qədər nüfuz və əlaqələrinin olduğunu və şikayətinin nəhayət eşidiləcəyini düşünürdü.


Model Epşteyn tərəfindən zorlandığını və insan alverinə cəlb edildiyini bildirib. O, həmçinin Hefnerə başqa bir nüfuzlu şəxsin — Makao milyarderi, Çində “qumar biznesinin xaç atası” kimi tanınan Stenli Honun yanına aparıldığını deyib. Ho 2020-ci ildə vəfat edib.
Məhkəmə iddiasında qeyd olunur ki, “cənab Hefner xanım Kristiansenin adından Cefri Epşteyn barədə məlumat vermək üçün FTB-yə bir neçə dəfə zəng edib”.
Bu məlumatlar may ayında Florida ştatının Cənub Dairəsi üzrə federal məhkəməyə təqdim edilmiş yenilənmiş iddiaya daxil edilib. Epşteynin qurbanları FTB-ni maliyyəçinin cinayətləri barədə 1996-cı ildən etibarən daxil olan çoxsaylı məlumatlara lazımi reaksiya verməməkdə ittiham edirlər.
Zərərçəkənlərin vəkili Jordan Merson bildirib ki, FTB-nin Epşteynlə bağlı araşdırmalardakı uğursuzluqlara görə məsuliyyətdən yayınmaq üçün prosessual boşluqlardan istifadə etməyə çalışması ciddi narahatlıq doğurur.
 

Hazırda 46 yaşı olan Odra Kristiansen, həmçinin The Girls Next Door realiti-şousunda çəkilib. Onun sözlərinə görə, FTB əməkdaşları onunla yalnız 2020-ci ilin oktyabrında — Epşteynin ölümündən sonra əlaqə saxlayıblar. Agentlər Hefnerin 15 il əvvəl verdiyi məlumatı dəqiqləşdirmək istəyiblər.


Kristiansen bildirib ki, onu Epşteynlə məhz öz agentləri tanış edib. Onlar modelin Playboy jurnalında yayımlanan fotosunu gördükdən sonra onunla əlaqə saxlayıblar.
FTB iyun ayında məhkəmə iddiasının rədd edilməsinə çalışaraq bildirib ki, qurum daxil olan hər bir şikayəti araşdırmağa borclu deyil. Hefnerin FTB-yə etdiyi zənglər barədə isə federal qurum indiyədək rəsmi açıqlama verməyib.
Qeyd edək ki, 2017-ci ildə vəfat edən Hyü Hefnerin özü də ölümündən sonra ciddi ittihamlarla üzləşib. Secrets of Playboy sənədli serialında keçmiş modellər onu “yırtıcı” adlandırıblar. Bununla belə, Hefner sağlığında zorlama ittihamı ilə rəsmi şəkildə təqsirləndirilməyib və bu barədə məhkəmə prosesi keçirilməyib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Avqust 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see408

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see402

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see278

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see259

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see248

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see241

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see239

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see235

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see234

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see218

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see207

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see207

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see203

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see202

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see201

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see198

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see194

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see193

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri