Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Cehiz dilemması: intihar çarədirmi?

Cehiz dilemması: intihar çarədirmi?

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Bəşəriyyət var olduğundan bəri analar-atalar qızını gəlin köçürəndə ona müəyyən əşyalar verərmiş. Tam mənası ilə cehiz sayılmazmış, amma simvolik məna kəsb edərmiş. Zamanla cehiz ənənəsi formalaşır, xırda ev əşyaları, əl işləri, tikmələr, döşəkçələr, nimdərlər, əldə toxunan kilimlər apararmış qızlar ər evinə. Ər evinə aparılan əşyalar adətən simvolik xarakter daşıdığı üçün qiymətinə, dəyərinə görə ayırd edilmirdi. Zaman keçdikcə cehiz ənənəsi də transformasiya oldu, indi bu ənənə simvolikadan çoxdan uzaqlaşıb, güc yarışına çevrilib.

Biz çoxdandır el üçün yaşayırıq, göstəriş, nümayiş üçün edirik çox şeyi. Biz, biz olmuruq, özümüz olmaqdan başqa hamı oluruq. Toy edəndə, yas məclisi quranda, ad günü, sünnət toyu edəndə hamının yerinə düşünürük, hamının fikri əhəmiyyətli olur öz düşüncəmizdən başqa. Öz bildiyimiz, öz doğrumuz bizə yetərli olmur, qınaqdan, tənədən çəkindiyimiz üçün. Çoxluğun düşüncəsi ilə oturub-dururuq. Cehizsiz qız evləndirməyi ona görə özümüzə sığışdırmırıq, “filankəsin 10-15 min manatı olmadı qızına yüngülvari bir cehiz düzə” deməsinlər deyə. Cehizi başqalarının gözündə zəif olan qızlar qınanır, atası-anası məsxərəyə qoyulur, cehizsiz evlənənlərin evindən söz-söhbət əskik olmur. Belə bir cürümüş fikir var təəssüf ki cəmiyyətimizdə.

Birlikdə yaşamağa, həyatı paylaşmağa və toya hazırlıq gənclərin ən şirin həyəcanıdır, bu dövrü mal-mülk, bahalı restoran, daha bahalı zinət əşyaları, daha bahalı ev əşyaları haqqında dava-dalaşla keçirən tərəflərin ömür yolu da uzun olmur. Sağlam ünsiyyət və müzakirə mədəniyyəti ən vacib xırdalıqdır bu anlarda, əgər tərəflər bu ünsiyyəti qura bilmirlərsə, müzakirə mədəniyyətləri yoxdursa və dünya malı üçün bir-birindən incik düşürsə, bu evlilik başlamadan bitsə daha məqbuldur. Biz son hadisədə bir daha gördük, cehiz problemi insanı öldürə də bilərmiş. Bundan əvvəl də şahidi olmuşduq axı, qızına kreditə aldığı cehizin pulunu ödəyə bilmədiyi üçün özünü metroda qatarın altına atan atanı da görmüşdük, valideynləri istədiyi cehizi almadığı üçün intihar edən qızı da, toydan sonra qız tərəfinin ödəməkdən imtina etdiyi, buna görə oğlan evində davaya səbəb olan kreditlik cehiz əhvalatını da.

Bir yataq örtüsünə 700 manat, bir çilçırağa 1000, bir meyvə qabına 300, heç vaxt qıyıb yemək yeməyəcəyi qab dəstinə 5000 manat pul verib misli görünməmiş cehiz tutanlar sonra o qabları istifadə etməyə də qıymırlar. Çox çıxıb mətbuat gündəminə, cehiz üstə gah qız özünü asır, gah ata borcdan bezib intihara əl atır. Nə məcburdur, ay camaat? Niyə siz uşağınıza içində adi yemək yeyəcəyi qab dəstini 9 minə almalısınız? Niyə ömründə bir dəfə qıyıb içində su içməyəcəyi 12 stəkana 2 min pul verirsiniz? İldə bir dəfə - yeni ildə içinə meyvə qoyub selfi edəcəyi meyvə qabına niyə 700 manat verirsiniz?

Bu günlərdə Ağdaşda baş verən bir hadisə də media gündəmini uzun müddət zəbt elədi. Qayınana gəlinin cehizini bəyənməyib. Düşünə, inana bilirsiniz? Min bir həvəslə cehiz düzən, qırmızı lentlə bəzəyən nişanlı qızın keçirdiyi hissi təsəvvür edə bilirsiniz? Qiyasın gələcək qayınatasının müsahibəsinə baxdım, haqlı olaraq bir cümlə işlətdi: “Mən o cehizi qızıma almışam, gücüm ona yetib, bu gün verdiyim çilçırağı bəyənməyən sabah da qızımı bəyənməyəcəkdi, ona görə zəng etdim Qiyasın atasına dedim ki, nədir problem? Dedi sənin verdiyin cehiz çilçıraq kaprondur, yaxşısından deyil, evimə yaraşmır. Dedim lap yaşı, onda gedin yaxşısını kim verirsə onunla qohum olun, mən qızımın nişanını pozuram”. Nə qədər məntiqli cümlələrdir, nə qədər ağıllı iraddır. Cehiz qızındır, cehiz gəlinin şəxsi istifadəsi üçündür. Cehizin dəyəri, tərkibi qaynananın, baldızın sifarişi ilə yox, ailənin maddi gücü ilə təyin olunur, bu tarixən belə olub.

Bir də intihar edən gəncin ailəsinin müsahibəsinə baxın. Ana: “Bütün evi atası təmir etdirib, bütün əşyaları atası alıb, hər şeyi atası edib”. Mən anlamadım, kimin evini qonşunun atası təmir etdirir ki? Evin kişisi öz evini təmir etdirirsə bu niyə qalxan kimi üzə tutulur bu hadisədə? Qiyasın bacısının gəlin gələcək qıza zəng edib “sənin aldığın çilçıraq bu təmirə yaraşmır” dediyi iddia olunur, bu qədər ədəbsizlik normaldır? Müsahibəsində isə deyir: “Gəlinlə eyni yerdə işləyirəm, kotleti gətirib tək yeyir işdə”. İnsanın qardaşı cavan yaşında canına qıyıb, toy olacaq həyətdə yas məclisi qurulub, o hələ də maddi çıxarlardan, dünyəvi həzlərdən danışır.

Əgər o cehiz geri qaytarılmasaydı, əgər o nişanlı qız o evə gəlin getsəydi yaxın aylarda böyük ehtimalla biz ya onun intihar, ya da boşanma xəbərini oxuyacaqdıq mətbuatda. Qiyasın intiharı bunu proqnozladı. Qiyasın bundan əvvəl də nişanlı olması, ailəsinin onun əvvəlki nişanlısı ilə də cehiz məsələsinə görə problem yaşaması, bu problemə görə nişanın pozulması, o gəncin “deja vu” yaşaması niyəsə xalça altına süpürüldü.

Cehiz ailələrin mal-mülk müsabiqəsi deyil, milli adətdir. Cehizində nəyin olması və nəyin olmaması önəmli deyil, önəmlisi odur ki, ər evinə köçən qız ata yurdundan əliboş yola salınmır. Amma cehizsiz ailə qurmağı heç bir halda dərd etmək lazım deyil. Bizim cehizsiz ailə quran o qədər gənclərimiz var ki, öz əməkləri ilə hər şeyə sahib olublar. Önəmli olan ər evinə mənəvi cehiz – ismət, abır-həya apara bilməkdir.

Ailəni bir səfər, cehizi isə o səfərə çıxanda yola götürülən əşyalar kimi düşünün. Kimi ağırlığın altında əzilir, kimi də yolda özünə lazım olan əşyaları alır. Ailə adlı səfərə çıxanda bütün bunları nəzərə alın, əziz gənclər. O səfərdən əliboş, narazı, yarımçıq qayıtmayın. Əksinə, daha uzun bir yol qət etmək, daha yaxşı yol yoldaşı olmaq, daha anlayışlı bir həyat yaşamaq üçün əvvəlcədən bəzi gərəksiz prosedurları, sizə zorla pərçimlənən tələbləri özünüzdən uzaqlaşdırın. Maddi çıxarlar üzərində qurulan ailənizin ömrü uzun olmaz.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see717

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see681

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see680

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see517

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see485

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see473

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see415

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see367

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see358

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see357

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see349

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see346

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see339

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see337

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see334

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see330

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see328

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see319

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see307
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri