Icma.az
close
up
RU
Çəkisi az olduğu üçün tez quruyur açıqlamasına CAVAB: Çörəyin çəkisini azaldanda fərqinə varılmırdı, indi məlum olub?

Çəkisi az olduğu üçün tez quruyur açıqlamasına CAVAB: Çörəyin çəkisini azaldanda fərqinə varılmırdı, indi məlum olub?

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Son vaxtlar çörəyin qiymətinin artması ilə bağlı iddialar ortaya çıxıb. Bəzi mənbələrdə çörəyin qiymətinin artacağı bildirilir, digərlərində isə yeni çəkidə və qiymətdə məhsulun satışa çıxarılacağı qeyd olunur.

Məsələn, "Nur çörəyi" zavodundan bildirilib ki, fevralın 1-dən etibarən çörəyin çəkisi artırılacaq və buna uyğun olaraq qiymət də dəyişəcək. Belə ki, əvvəl 50 qəpiyə satılan 440-450 qramlıq çörəyin çəkisi 500 qrama, qiyməti isə 55 qəpiyə yüksələcək. Eyni zamanda, 55 qəpiklik çörəyin çəkisi 510 qramdan 620 qrama artırılaraq, qiyməti 65 qəpik olacaq.

Digər tərəfdən, bəzi məlumatlarda çörəyin qiymətinin artmayacağı, sadəcə olaraq yeni çəkidə və qiymətdə məhsulun satışa çıxarılacağı qeyd olunur. Belə ki, mövcud 55 qəpiyə satılan 510 qramlıq çörəklə yanaşı, fevralın 1-dən etibarən 65 qəpiyə 620 qramlıq yeni çeşid də təklif ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, hazırda çörəyin qiymətinin artırılması üçün iqtisadi əsaslar mövcud deyil:

"Son günlərdə çörəyin qiymətinin artması ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər paylaşılır. Müxtəlif çörək zavodları müxtəlif fikirlər irəli sürür: bununla əsaslandırlar ki, çəkini artırmağa məcburuq, əks təqdirdə miqdar az olduğu üçün tez quruyur. Bu fikir əlbəttə absurddur. Çörəyin çəkisini azaldanda fərqinə varılmırdı, indi məlum olub? Məsələnin digər tərəfi 3 aydır ki, unun qiyməti stabildir, hər hansı bir artim olmayıb, yanacağın və daşınma xərclərinin qiymətində artım olmayıb. Onun üçün də qiymət artımı əsassızdır. Hazırda topdan 1 kisə unun (50 kq) qiyməti 26 manatdan başlayır. Statistik məlumatlara əsasən Azərbaycanda 1.207,152 ton çörək istehlak edilib, ilin əvvəlinə qalıq 11.038, istehsal 1.195,805, əhalinin şəxsi istehlak fondu 1.184,406 ton təşkil edib".

İqtisadçının fikrincə, çörək elə bir məhsuldur ki, onun qiymətinin artıb-artmamasından asılı olmayaraq, insanlar məcburən onu almağa davam edəcəklər.

"Əvvəlki dövr ilə müqayisədə bir nəfər üçün istehlak miqdarında azalma var. Çörək alternativi olmayan istehlak məhsuludur. Bu gün çörəyin qiymətindən asılı olmayaraq vətəndaş məcburdur onu almağa. Həm də elə istehlak məhsuludur ki, qiymət artımına bağlı olaraq istehlak düşər, nəinki qalxar. Bu gün çörəyin qiyməti 10 qəpik olsa, kim gedib 1 kisə dolusu çörək alacaq? Ancaq günlük ehtiyac meyarı qədər alınır. Ət deyil ki, buzxanada saxlana və ya çay, qənd deyil ki, quru şəraitdə 2 il saxlana və ya alternativi yoxdur. Hər bir Azərbaycan ailəsi ən az hərgün 1 ədəd çörək alır. Bununla yanaşı nəzərinizə çatdırım ki, 7145 ton çörək itkiyə gedib", - deyə Günay Hüseynova əlavə etdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri