Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Cəlal Kəngərlinin rejissor imzası

Cəlal Kəngərlinin rejissor imzası

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Xalq artisti Röya Ayxanın Kazımcanla birlikdə ifa etdiyi “Dosta” mahnısı rəngarəng və dinamik klipi ilə diqqət çəkir. İnanmaq çətin olsa da, fərqli məkanları, obrazları və enerjili kadrları ilə seçilən layihə cəmi bir gün ərzində ekranlaşdırılıb.

Klipin rejissoru Cəlal Kəngərlidir. Komandası ilə 10 ildən artıqdır bu sahədə fəaliyyət göstərən Kəngərli indiyədək 20-dən çox peşəkar klipə rejissor kimi imza atıb. Müxtəlif janrlarda çalışan sənətçilərlə əməkdaşlıq edən rejissor hər layihədə ifaçının xarakterini, mahnının ruhunu və vizual dili bir araya gətirməyə çalışır.

Röya Ayxanın “Dosta” klipindən əvvəl də bir sıra layihələrində rejissor kürsüsündə Cəlal Kəngərli əyləşib. Xalq artistinin “Sənə qədər”, “Nuş olsun” və “Yuxu dərmanımdır” mahnılarına çəkilən kliplər də onun rejissor işlərindəndir. Fərqli vizual yanaşma, rəng həlləri və sənətçinin enerjisini ön plana çıxaran kadrlar bu əməkdaşlığın əsas xüsusiyyətlərindəndir.

Cəlal Kəngərli rejissorluğun onun üçün sadəcə gözəl görüntülər yaratmaqdan ibarət olmadığını deyir:

“Mənim üçün rejissorluq kameranı qurub gözəl kadr çəkmək deyil. Hər mahnının öz dünyası, hər ifaçının isə tamaşaçıya ötürə biləcəyi fərqli bir enerjisi var. Rejissorun işi həmin enerjini hiss edib onu görüntüyə çevirməkdir. Klipə baxanda tamaşaçı yalnız mahnını eşitməməli, onu həm də görməli və hiss etməlidir. Bəzən böyük bir hekayəni üç-dörd dəqiqəyə sığdırmalısan. Mənim üçün bu peşənin ən maraqlı tərəfi də məhz budur”.

Xalq artisti Tünzalə Ağayeva da istər sosial, istər vətənpərvərlik mövzusunda, istərsə də əyləncəli layihələrində seçimini dəfələrlə Kəngərlidən yana edib. Cəlal sənətçinin “Mənim əsgər sevgilim”, Xəyyam Nisanovla duet şəklində təqdim etdiyi “Səninlə mən”, eləcə də “Hər şey yaxşı olacaq” və “Yol açıqdır” kimi layihələrini ekranlaşdırıb.

Rejissorun yaradıcılıq portfelində Zamiq Hüseynov, Murad Arif, Elçin Cəfərov, Abbas Bağırov, Safura, Emil Bədəlov və digər tanınmış sənətçilərlə əməkdaşlıqlar da yer alır. Müxtəlif musiqi üslublarında çəkilən layihələr Kəngərlinin yalnız bir vizual xəttə bağlı qalmadığını göstərir.

Onun fəaliyyətində vətənpərvərlik mövzusunda hazırlanan işlər də xüsusi yer tutur. Kəngərlinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “Qarabağın səsi”, eləcə də Xalq artistlərinin yer aldığı “Шуша Возвращается Домой” (“Şuşa evinə qayıdır”) musiqi layihələri rəqəmsal platformalarda yayımlanıb. O, Xocalı faciəsinin 25 illiyi ərəfəsində Günel Anarqızı ilə birgə “Ataya məktub” layihəsini də gerçəkləşdirib.

Kəngərli bu tip layihələrə münasibətini isə belə ifadə edir:

“Bəzi layihələr var ki, onlara sadəcə rejissor işi kimi yanaşa bilmirsən. Vətən, Qarabağ, Şuşa ilə bağlı işlərdə məsuliyyət tamam başqadır. Orada hər kadrın ifadə etdiyi məna var. Mənim üçün əsas olan illər sonra həmin görüntülərə baxanda da eyni hissi yaşada bilməsidir”.

Cəlal Kəngərli hesab edir ki, müasir klip rejissorluğunda əsas məsələlərdən biri də zamanın vizual tendensiyalarını izləməklə yanaşı, öz dəst-xəttini qorumaqdır. Onun sözlərinə görə, sosial media dövründə görüntünün ilk saniyələrdən tamaşaçını cəlb etməsi vacib olsa da, trend naminə layihənin ruhunu itirmək olmaz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://olay.az
archiveBu xəbər 17 Sentyabr 2026 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri