Icma.az
close
up
RU
Ədəbiyyatımızda Mir Cəlal imzası

Ədəbiyyatımızda Mir Cəlal imzası

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ədəbiyyatında hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınan Mir Cəlal Paşayev əli qələm tutan gündən ömrünün sonuna qədər həm bədii ədəbiyyat, həm də ədəbiyyatşünaslıq sahəsində eyni həvəs və coşqunluqla, yorğunluq bilmədən çalışmış, zəngin irsin müəllifinə çevrilmişdir. Mir Cəlal həm gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi tanınır, həm ədəbiyyatımızın yaradıcılarından biri, həm də gözəl ədəbiyyatşünas alim kimi qiymətləndirilir. Onun yaradıcılığında Azərbaycan xalqının tarixinin böyük bir zaman kəsiyi öz əksini tapıb. Böyük yazıçı öz əsərlərində təkcə tariximizi deyil, eyni zamanda, mədəniyyətimizi də nümayiş etdirmişdir.

Mir Cəlal Paşayev öz sadə, təvazökar həyatı ilə bir ziyalı olduğunu sübut etmişdir. Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olmuşdur. Sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirmişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy 7 illik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. Mir Cəlal 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdir. Görkəmli nasir Mir Cəlal yaradıcılığının mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı ilə Azərbaycan yazıçıları içərisində özünəməxsus yer tutur. Mir Cəlal ədəbiyyatımızda müxtəlif problemlərini işıqlandıran onlarla dəyərli tədqiqat əsərinin müəllifi kimi tanınmışdır.

SADƏ, TƏVAZÖKAR HƏYATIN KİÇİK LÖVHƏLƏRİ

Mir Cəlal bədii yaradıcılığa 1928-ci ildən başlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə çap olunmuşdur. İlk hekayə və oçerkləri "Qızıl Gəncə", "Ədəbiyyat cəbhəsində", "Hücum" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınmışdır. "Dirilən adam" və "Bir gəncin manifesti" romanları yazıçının dəyərli əsərlərindəndir. "Bir gəncin manifesti" Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir", deyən xalq şairi Bəxtiyar Vahabzadə bunu nəinki Mir Cəlalın, Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri kimi qiymətləndirirdi. Sonralar Mir Cəlal Azərbaycan həyatının aktual problemlərinə həsr olumuş "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanlarını yazır. Gözəl roman ustadı kimi tanınan Mir Cəlal haqqında tanınmış ədəbiyyatşünas Jak Rıkaçev belə yazırdı: "Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyəcanı dərhal oxucuya təsir edir..."

ƏDƏBİ-ELMİ FƏALİYYƏTİNDƏ YENİ SƏHİFƏLƏR

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. 1940-cı ildə Mir Cəlalın hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilməlidir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürəklə tərənnüm etdiyi "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilmişdir. O, "Pərzad", "Qaymaq", "Dost görüşü", "Qonaqpərəst" kimi hekayələrində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən bəhs edir. İkinci Dünya müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. İkinci Dünya müharibəsi dövründə "hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu. Onun bütün əsərləri gözəldir, oçerklərindən monoqrafiyalarına, hekayələrindən romanlarına qədər hər bir əsərində həyat, işıq, dərin təfəkkür, mənalı-məzmunlu, təsirli dil-təhkiyə vardır.

MƏN DÜŞMƏNƏ QARŞI DAHA KİNLİ VƏ AMANSIZ OLDUM

Müharibə illəri Mir Cəlalın ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədib çoxlu oçerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal "Yollar", "Axşam səfəri", "Atlı", "Snayper" hekayələrinin mövzusunu bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürmüş və səciyyəvi fəaliyyət prosesində açılan döyüşçü surəti yaratmağa çalışmışdır. Ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orijinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Səməd Vurğun Onun əsərlərinin təsir gücündən yazarkən belə qeyd edir: "Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum". Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş yazıçının "Bir gəncin manifesti" Azərbaycan gəncinin manifestidir. Görkəmli yazıçı öz əsərləri ilə gənclərə Vətənə, xalqa məhəbbət hissi aşılamış, onlara xalqın sevincinə sevinməyi, kədərinə kədərlənməyi öyrətmişdir.

Ədəbi fikrimizin tarixinə Mir Cəlal, həmçinin, görkəmli tənqidçi-ədəbiyyatşünas kimi də daxil olmuşdur. O, Azərbaycan ədəbiyyatının 1975-ci illərədək keçdiyi yola, sənətkarlıq, realizm və xəlqilik axtarışlarına, ədəbi prosesin mənzərəsinə, janrların vəziyyət və imkanlarına dair məzmunlu çıxışlar edir, məqalələr yazır, tədqiqat işləri aparırdı.

Mir Cəlal sadəcə bir ədib-müəllim deyildir, O, alimdir, ədəbiyyatşünasdır, elmi kadrlar yetişdirmək də onun çoxcəhətli fəaliyyətinə daxildir. Müasir dövrümüzdə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ədəbi və ictimai fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri, əsərlərinin yaranma tarixi öyrənilir, Onun irsi gənc nəslə çatdırılır. Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, Onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.

Azərbaycan Respublikası Prezidentinin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında" 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd edilmişdir. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilmişdir. Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, Onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və Onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır. Azərbaycan xalqının bəşər tarixinə bəxş etdiyi böyük ziyalı, yazıçı, pedaqoq Mir Cəlal Paşayev həm yazıçı, həm müəllim, həm də alim kimi adını tarixə əbədi həkk edən insanlardandır. Şəxsiyyətinin və yaratdıqlarının böyüklüyünə baxmayaraq sadə və səmimi, böyük ürəyə sahib bir insan olan Mir Cəlal Paşayev ürəklərdə yaşayır.

Zümrüd BAYRAMOVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Aprel 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see358

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see222

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see209

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see202

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see200

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see197

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see197

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see188

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see183

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see182

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see175

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see173

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see172

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see165

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see164

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see164

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see158

Fərid Quliyev: WUF13 çərçivəsində təşkil olunan konsertdə Azərbaycan musiqisinin zənginliyi təqdim edilib

23 May 2026 19:01see158

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see158

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri