Icma.az
close
up
RU
Cəlaloğlu: ABŞ Cənubi Qafqazda təsirini gücləndirir

Cəlaloğlu: ABŞ Cənubi Qafqazda təsirini gücləndirir

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“ABŞ vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana və Ermənistana səfəri təkcə regional deyil, eyni zamanda qlobal xarakter daşıyır. Məncə, bu səfər Amerikanın Cənubi Qafqazda təsirini nümayiş etdirməsi kimi dəyərləndirilə bilər və bu istiqamətdə açıq mesaj verilir. Çünki istər ABŞ prezidenti, istərsə də vitse-prezidenti olsun, onlar adətən böyük dövlətlərə səfər etməyi üstün tuturlar. Lakin Azərbaycan və Ermənistan kimi nisbətən kiçik dövlətlərə səfər etmələri burada konkret siyasi mesajların verildiyini göstərir. Sözsüz ki, buna Cənubi Qafqazın Amerikanın təsir dairəsində olduğunun dünyaya elan edilməsi kimi baxmaq olar. Təsadüfi deyil ki, Vensin səfərindən dərhal sonra Rusiyada Cənubi Qafqazda təsir uğrunda mübarizənin güclənəcəyi ilə bağlı ard-arda radikal mövqelər səsləndirildi”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

S. Cəlaloğlu əlavə edib ki, Vensin və ya digər Amerika rəsmilərinin atdığı addımlar ilk növbədə ABŞ xalqının və dövlətinin maraqlarına xidmət edir:

“Əlbəttə, onlar məsələlərə Amerika maraqları prizmasından yanaşırlar. Biz də eyni şəkildə hadisələri Azərbaycan maraqları baxımından qiymətləndirməliyik. Bu tamamilə normaldır, çünki hər bir dövlətin öz məqsədləri və milli maraqları mövcuddur”.

ADP sədrinin fikrincə, Vensin səfəri Cənubi Qafqaz ölkələri arasında müəyyən balansdan xəbər verir:

“Düzdür, hələlik Gürcüstan bu prosesdə iştirak etmir. ABŞ-nın gələcəkdə bölgədə hansı ölkəyə daha çox üstünlük verəcəyi məsələsi də gündəmdə ola bilər. Ermənistanın hərbiləşdirilməsi ilə bağlı Vensin səsləndirdiyi fikirlər də diqqətçəkicidir. Məncə, bununla Amerika Rusiyanın boşaltdığı rolu, yəni Ermənistanın hərbi təchizatı məsələsini öz üzərinə götürmək niyyətini ortaya qoyur. Eyni zamanda Ermənistanın xristian ölkə olması ona müəyyən üstünlük yarada bilər. Bu, sözsüz ki, bizə də bir mesajdır və Azərbaycan üçün hər zaman öz milli maraqları daha vacibdir”.

Müsahibimizin sözlərinə görə, Vens səfər zamanı Azərbaycanda investisiyalardan bəhs etməyib və Qarabağın yenidən qurulması prosesində iştirakla bağlı fikir səsləndirməyib. Ola bilsin ki, bunu Azərbaycanın iqtisadi imkanlarının daha geniş olması ilə əlaqələndirirlər.

S. Cəlaloğlu vurğulayıb ki, Azərbaycan Amerika üçün strateji müttəfiq kimi mühüm əhəmiyyət kəsb edir:

“Bəli, müəyyən hərbi gəmilərin alınması və hərbi sahədə əməkdaşlıq məsələləri gündəmdədir. Eyni zamanda 907-ci düzəlişin ləğvi də baş verib. Digər tərəfdən, Azərbaycan paralel şəkildə Rusiya və Çinlə də strateji əməkdaşlıq üzrə sazişlər imzalayıb. Bunlar bir-biri ilə rəqabət aparan ölkələrdir və gələcəkdə aralarında qarşıdurma ehtimalı da istisna deyil. Ümumilikdə isə bu səfər göstərdi ki, ABŞ Azərbaycana dəyər verir və onu özündən uzaqlaşdırmaq niyyətində deyil”.

Nemət ORUCOV

Reyting.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Fevral 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri