İnsanlar hər keçən gün daha az danışır 14 ildə şifahi ünsiyyət 28 faiz azalıb
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni araşdırmaya görə, texnologiyanın inkişafı və rəqəmsal ünsiyyətin genişlənməsi fonunda insanlar əvvəlki illərlə müqayisədə daha az danışırlar. 2005–2019-cu illər ərzində gündəlik şifahi ünsiyyətin həcmi 28 faiz azalıb.
Sherg.az xəbər verir ki, araşdırmanın müəllifləri müəyyən ediblər ki, insanlar 2005-ci ildən etibarən hər il əvvəlki illə müqayisədə gündə orta hesabla 338 söz az danışmağa başlayıblar. Bu, bir nəfər üçün ildə təxminən 120 min sözlük azalma deməkdir.
Dilçilik və psixologiya üzrə tədqiqatçı Valeriya Pfayfer bildirib ki, gündəlik davranışlardakı kiçik dəyişikliklər zamanla toplanaraq insanların münasibətlərinə ciddi təsir göstərir. Onun sözlərinə görə, daha az danışmaq başqaları ilə ünsiyyətə və möhkəm sosial əlaqələrin qurulmasına daha az vaxt ayırmaq deməkdir.
Pfayfer və psixoloq, professor Matias Mel bu nəticələrə ABŞ, Avropa və Avstraliyada 14 il ərzində aparılmış 22 araşdırmanın məlumatlarını təhlil etməklə gəliblər. Tədqiqatlarda 10-94 yaş aralığında 2 mindən çox insanın gündəlik həyat fəaliyyəti zamanı qeydə alınmış səs yazıları araşdırılıb.
Alimlər şifahi ünsiyyətin azalmasının dəqiq səbəbini müəyyən etməsələr də, bu tendensiyanın mesajlaşma tətbiqlərinin, elektron poçtun və sosial şəbəkələrin geniş yayıldığı dövrlə üst-üstə düşdüyünə diqqət çəkiblər.
Araşdırmada danışıq tezliyinin bütün yaş qruplarında azaldığı, lakin bu geriləmənin 25 yaş və daha aşağı yaşda olanlarda daha qabarıq olduğu müəyyən edilib. Alimlər bunu gənclərin rəqəmsal texnologiyalardan daha intensiv istifadə etməsi ilə əlaqələndirirlər.
Tədqiqat müəllifləri yazılı ünsiyyətin üzbəüz söhbətin yaratdığı sosial və emosional faydaları eyni səviyyədə təmin edib-etmədiyinin hələ də açıq sual olduğunu vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 27 Noyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















