Icma.az
close
up
RU
Cəlalzadənin Bakı səfərindən kimlər narahatdır?

Cəlalzadənin Bakı səfərindən kimlər narahatdır?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə bu günlərdə Azərbaycana səfər edərək xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli münasibətlər və regional gündəmlə bağlı danışıqlar aparacaq. Məhz bu səfərin ərəfəsində İranda fəaliyyət göstərən anti-Azərbaycan qruplar yenidən fəallaşıb və ölkəmiz əleyhinə əsassız iddialar irəli sürməyə başlayıblar. Bu qruplar Azərbaycan-Türkiyə əməkdaşlığının genişlənməsini, Zəngəzur dəhlizi ilə bağlı prosesləri və Bakının artan hərbi gücünü özləri üçün “təhlükə” kimi qələmə verməyə çalışır, media üzərindən isterik və təhrif olunmuş məlumatlar yayırlar.

Bu reaksiyanın arxasında duran əsas səbəb Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlardır. Azərbaycan 44 günlük müharibədən sonra təkcə ərazi bütövlüyünü bərpa etmədi, həm də regionun infrastruktur və təhlükəsizlik arxitekturasının əsas qurucu qüvvəsinə çevrildi. Tehran daxilindəki müəyyən dairələr isə bu yeni balansı qəbul etməkdə çətinlik çəkir. Onların “gizli razılaşmalar”, “İran əleyhinə planlar” və “Zəngəzur üzərindən təhdid” kimi iddiaları fakta yox, ideoloji qorxuya əsaslanır. Halbuki Zəngəzur marşrutunun açılması İran üçün ciddi iqtisadi üstünlüklər yaradır, lakin anti-Azərbaycan qruplar bunu öz auditoriyasına etiraf etmək istəmirlər.

İran mediasının Azərbaycanın hərbi paradını isterik şəkildə şərh etməsi də eyni narahatlığın başqa təzahürüdür. Azərbaycan müxtəlif ölkələrlə — Türkiyə, Pakistan, Çin, İtaliya, Belarus, Rusiya və digər tərəfdaşlarla açıq və şəffaf hərbi-texniki əməkdaşlıq aparır. Bu əməkdaşlıq heç bir ölkəyə qarşı yönəlməyib. Lakin Tehrandakı müəyyən mərkəzlər Azərbaycanın artan gücünü regiondakı ənənəvi təsir imkanlarının azalması kimi qiymətləndirir və buna qarşı informasiya hücumları ilə reaksiya verirlər.

Daha geniş planda isə İranın Azərbaycana qarşı sərt ritorikası keçmişdən qalan siyasi komplekslərdən qidalanır. Uzun illər Ermənistanı dəstəkləyən, Qarabağdakı işğal rejiminin möhkəmlənməsinə yardım edən Tehran indi regionda tamamilə fərqli reallıqla üz-üzə qalıb. Anti-Azərbaycan qüvvələrin səsi məhz bu reallığı qəbul etməmək cəhdidir. Lakin Bakı–Tehran dialoqunun davam etməsi göstərir ki, radikal qrupların təzyiqi iki ölkə arasında normallaşma prosesini dayandıra bilməyəcək. Azərbaycanın güclənməsi regionda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar yaradır və bu, heç bir tərəfin manipulyativ təbliğatı ilə dəyişdirilə bilməz.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri