Icma.az
close
up
RU
Cəlilabadda döyülən müəllim danışdı KONKRET

Cəlilabadda döyülən müəllim danışdı KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Bir müddət öncə Cəlilabadın Ləkin kənd orta məktəbində əlbəyaxa olan müəllimlər Telman Mirzəyev və Əfsun Məcidov arasında baş vermiş davanın təfərrüatı məlum olub.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, ibtidai sinif müəllimi Əfsun Məcidov hər şeyin onun məktəbdə olan qanunsuzluqları aidiyyəti qurumlara açıqlayacağını dedikdən sonra başladığını bildirib:

“Heç bir işçi yerində deyil, dərslər satılır. Pulla satılır. Kimin ictimai statusu güclüdür, kim kimlə sinif yoldaşı olub əvvəl, kim kimlə qohumdur, kim kimlə münasibəti var, bu və ya digər şəkildə dərslər onlara bölünür. Sertifikasiya balına baxan yox, dərslər hardasa 40-50 manata arasında satılır. Müəllimin saat puludur da — bir saatı neçə manat hesablanır, ondan satılır. Bütün bunlar mənim başıma ona görə gəlir ki, mən aylıq faiz vermirəm. Mənim ailəm böyükdür. Deyirlər, təhsil sektorunda o pulu istəyirlər bizdən. Mən də vermirəm. Çünki verməyə pulum yoxdur. Həm də ki, axşama kimi mənim dərsim var, deyirəm gəlirəm evə. Niyə kiməsə pul verməliyəm” — deyə Əfsun Məcidov bildirib.

Onun sözlərinə görə, hazırda Ləkin kənd orta məktəbində çağırışaqədərki ibtidai hazırlıq müəllimi olan Telman Mirzəyevin də bu işlərdə əli olduğu üçün onunla mövcud konflikt yaşanıb.

Məsələnin ən təhlükəli tərəfi isə Əfsun Məcidov davadan sonra evə getdikdə yaşanıb. Onun sözlərinə görə, Telman Mirzəyevin ailə üzvləri və yaxın qohumlarından ibarət 5 nəfər onun evinə hücum edərək onu və ailəsini hədələyiblər:

“Gördüm belə bir səs-küy gəlir. Gördüm yoldaşı Arifə Quliyeva, oğlu Rövşən Mirzəyev, Arifə Quliyevanın bacısı Tünzalə Quliyeva, oğlu Sudef Quliyev. Sonuncular bunu qaytarmağa çalışırdılar. Oğlan əlində bıçağı belə fırladırdı, gəldi. Qapımızın qabağında itimiz var, it qoymadı onu həyətə girməyə. Ağır-ağır təhqirlər. Yoldaşımı, balalarımı ağır sözlərlə təhqir edirdilər.”

Qeyd edək ki, Əfsun Məcidovu döydüyü iddia edilən Telman Mirzəyevin həyat yoldaşı Arifə Quliyeva da məktəbdə katibə vəzifəsində çalışır. İddialara görə, onun da işini əslində həyat yoldaşı Telman Mirzəyev aparır məktəbdə.

Məsələ ilə bağlı Əfsun Məcidovun müraciəti əsasında Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Oktyabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri