Icma.az
close
up
RU
Cəlilabadda dərs bölgüsü üstündə düşən davada döyülən müəllim danışdı

Cəlilabadda dərs bölgüsü üstündə düşən davada döyülən müəllim danışdı

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Bir müddət öncə Cəlilabadın Ləkin kənd orta məktəbində əlbəyaxa olan müəllimlər Telman Mirzəyev və Əfsun Məcidov arasında baş vermiş davanın təfərrüatı məlum olub.

BAKU.WS teleqraf-a istinadən xəbər verir ki, ibtidai sinif müəllimi Əfsun Məcidov hər şeyin onun məktəbdə olan qanunsuzluqları aidiyyəti qurumlara açıqlayacağını dedikdən sonra başladığını bildirib:

"Heç bir işçi yerində deyil, dərslər satılır. Pulla satılır. Kimin ictimai statusu güclüdür, kim kimlə sinif yoldaşı olub əvvəl, kim kimlə qohumdur, kim kimlə münasibəti var, bu və ya digər şəkildə dərslər onlara bölünür. Sertifikasiya balına baxan yox, dərslər hardasa 40-50 manata arasında satılır. Müəllimin saat puludur da - bir saatı neçə manat hesablanır, ondan satılır. Bütün bunlar mənim başıma ona görə gəlir ki, mən aylıq faiz vermirəm. Mənim ailəm böyükdür. Deyirlər, təhsil sektorunda o pulu istəyirlər bizdən. Mən də vermirəm. Çünki verməyə pulum yoxdur. Həm də ki, axşama kimi mənim dərsim var, deyirəm gəlirəm evə. Niyə kiməsə pul verməliyəm" - deyə Əfsun Məcidov bildirib.

Onun sözlərinə görə, hazırda Ləkin kənd orta məktəbində çağırışaqədərki ibtidai hazırlıq müəllimi olan Telman Mirzəyevin də bu işlərdə əli olduğu üçün onunla mövcud konflikt yaşanıb.

Məsələnin ən təhlükəli tərəfi isə Əfsun Məcidov davadan sonra evə getdikdə yaşanıb. Onun sözlərinə görə, Telman Mirzəyevin ailə üzvləri və yaxın qohumlarından ibarət 5 nəfər onun evinə hücum edərək onu və ailəsini hədələyiblər:

"Gördüm belə bir səs-küy gəlir. Gördüm yoldaşı Arifə Quliyeva, oğlu Rövşən Mirzəyev, Arifə Quliyevanın bacısı Tünzalə Quliyeva, oğlu Sudef Quliyev. Sonuncular bunu qaytarmağa çalışırdılar. Oğlan əlində bıçağı belə fırladırdı, gəldi. Qapımızın qabağında itimiz var, it qoymadı onu həyətə girməyə. Ağır-ağır təhqirlər. Yoldaşımı, balalarımı ağır sözlərlə təhqir edirdilər."

Qeyd edək ki, Əfsun Məcidovu döydüyü iddia edilən Telman Mirzəyevin həyat yoldaşı Arifə Quliyeva da məktəbdə katibə vəzifəsində çalışır. İddialara görə, onun da işini əslində həyat yoldaşı Telman Mirzəyev aparır məktəbdə.

Məsələ ilə bağlı Əfsun Məcidovun müraciəti əsasında Cəlilabad Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Oktyabr 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri