Cəlilabadda qadın qaz puluna görə anasının qulaqlarını cırdı
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cəlilabadda qadın kommunal borca görə anası ilə dalaşıb.
Lent.az xəbər verir ki, hadisə şəhərin M. Hüseyn küçəsindəki fərdi evlərin birində qeydə alınıb.
37 yaşlı Nailə Xələfova (ad və soyad şərtidir) ilə anası arasında qaz borcu üstündə mübahisə yaranıb. Mübahisə zamanı Nailə hər iki əli ilə yapışaraq anasının qulaqlarını cırıb.
Zərərçəkənin polisə müraciətindən sonra Nailə saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs bildirib ki, 13 ildir həyat yoldaşından ayrılıb və 2 azyaşlı övladı ilə birgə Cəlilabad şəhərində anası ilə kirayədə yaşayır.
Zərərçəkən ana ifadəsində qızı ilə barışdıqlarını, ona qarşı şikayət və tələbinin olmadığını deyərək qızına cəza verilməməsini xahiş edib.
Məhkəmənin qərarı ilə Nailə Xələfova aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Baxış sayı:118
Bu xəbər 09 Aprel 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















