Icma.az
close
up
RU
Çeliyin hörmətsizliyi , yoxsa cəmiyyətin selfi terroru ?

Çeliyin hörmətsizliyi , yoxsa cəmiyyətin selfi terroru ?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Çox uzadıb başınızı ağırtmayım, Çeliyin məlum-məşhur videosu çıxdı qabağıma. Bakıda konsert zamanı insanlar onunla şəkil çəkdirmək istəyir, paltarından tutub dartır, o da məhəl qoymadan qaldığı yerdən davam edir.

Açığı, 4-5 nəfəri çıxmaq şərtilə türk müğənnilərin heç biri heç vaxt diqqətimi çəkməyib. Hə, Çelik son illərdə ortaya çıxan türk müğənnilərin çoxundan üstündür. Özünəməxsus səsi və üslubu var. Hərçənd videolardan gördüyüm qədərilə əvvəlki Çelikdən əsər-əlamət yoxdur, ancaq yenə də bizim bəzi manısların divardan-divara vuracağı adam da deyil.

Bu ölkədə Pərviz Bülbülə, Balaəli konsertə cangüdənlə gəlir. Səhnədən qırağa addım atmır.

Çelik isə insanların arasında gəzir, mahnı oxuyur. Hə, şəkil çəkdirmir. Noolsun? Adam Türkiyədə də belədir. Şəkil çəkdirmir.Bu, onun hansısa bir şıltaqlığı, Bakıya gələndə qəfil tutan "ulduz xəstəliyi" və ya kaprizi deyil; bu, illərdir formalaşmış, dəyişməz, prinsipial bir xarakterdir. O, səhnəyə mahnı oxumağa, insanlara öz sənətini, musiqisini, hisslərini ötürməyə çıxır, kiminsə rəqəmsal arxivi və ya instaqram hekayəsi üçün dekorasiya, cansız fon olmağa yox.

Sənətçinin bu xarakterinə hörmətlə yanaşmaq, onu olduğu kimi qəbul etmək əvəzinə, "niyə mənimlə şəkil çəkdirmədi, deməli, bizi saymır" deyə absurd bir ittiham irəli sürmək incəsənətin təbiətini anlamamaqdır.

Yayılan videolarda açıq-aydın görünür ki, bəzi tamaşaçılar səhnəyə yaxınlaşaraq sözün əsl mənasında müğənninin paltarından zorla dartır, onu çəkib aşağı salmağa, zorla kadra daxil etməyə çalışırlar. İndi vicdanla özünüz cavab verin, bir insanı bu vəziyyətə salmaq nə dərəcədə düzgündür?

Müğənninin səhnə geyimini dartışdırıb "gəl bura, pul vermişəm, mənimlə şəkil çəkdirəcəksən" mesajını vermək və bunu etməyəndə onu cəmiyyətə hörmətsiz kimi təqdim etmək, yumşaq desək, ayıbdır.

Ağıllı telefonlar həyatımıza bütün gücü ilə daxil olandan bəri biz "anı yaşamaq" adlı o möhtəşəm, insani qabiliyyətimizi tamamilə itirmişik. Konsertə mahnı dinləməyə, sənətkarın canlı ifasından ruhən qidalanmağa, 90-cı illərin o nostalji aurasına qapılıb xatirələrdə gəzişməyə, səhnədən gələn enerjini hiss etməyə getmirik. Biz ora sadəcə olaraq sosial şəbəkələrdəki izləyicilərimizə "baxın, mən də burdaydım" sübutunu təqdim etmək, virtual təsdiq almaq üçün gedirik.

Əgər bir tamaşaçı konsertdən 20 selfi, 10 qısa video ilə qayıtmayıbsa, o konsert onun üçün baş tutmamış sayılır. Bu, çox acınacaqlı bir mənzərədir: Biz sənətçini sevmirik, biz sənətçinin fonunda özümüzü sevirik. Çelik kimi "köhnə məktəbin" nümayəndələri isə bu cür səthi bayağılıqla heç vaxt barışa bilmirlər. Onlar istəyirlər ki, tamaşaçı onları telefonun donuq ekranından yox, canlı, parlayan gözləri ilə görsünlər, "Ateşteyim"ə, "Hercai"yə qışqıra-qışqıra qarşılıq versinlər, zaldakı o mistik anı iliklərinə qədər yaşasınlar.

Bilet pulu heç kimə kiminsə üzərində ağalıq etmək, onu şəxsi kaprizlərinə məcbur etmək hüququ vermir. Bilet pulu sənətkarın zəhmətinə, onun istedadına, illərini verdiyi yaradıcılığına verilən maddi dəyərdir,

Əgər Çelik o gün səhnədə öz mahnılarını canlı, təmiz oxuyubsa, repertuarını tam şəkildə, yüksək keyfiyyətlə icra edibsə, səhnə mədəniyyətinə riayət edib tamaşaçısına əsl musiqi ziyafəti yaşadıbsa, deməli o, öz peşəsinə və tamaşaçıya ən böyük hörmətini nümayiş etdirib. Onun əsas işi və borcu budur.

Vərəmli bir gecə təm iztirabı qoynunda - Cəfər Cabbarlı Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü Yaşamaq necə qorxuludur... - Aleksandr Blok
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Aprel 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri