Icma.az
close
up
RU
Cəlladın sözünü yerə salan AKADEMİYA PREZİDENTİ

Cəlladın sözünü yerə salan AKADEMİYA PREZİDENTİ

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Akademik Musa Əliyev 1950-ci ildə Akademiyanın həqiqi üzvü seçilmiş, 1950-1958-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olmuşdur. Onun “Ömrüm” adlı xatirələr kitabından kiçik bir parça Akademiyanın yubileyi üçün göydəndüşmədir. 


İBLİSİN OYUNLARI 


“...1953-cü ilin fevral ayı idi, səhər hökumət telefonunun zəngi səsləndi, Bağırovun tanış səsi eşidildi: "Əliyev, bir qulaq as, mənim yanımda bizim söhbətin şahidləri var: Quliyev, Yaqubov, Həsənov, Qafarzadə. Mən sənə Mirəsədulla Mirqasımovu, Səməd Vurğunu, Mirzə İbrahimovu və Qazıyevi akademiklikdən xaric etməyi tapşırıram. Yerinə yetirməsən, səni partiyadan çıxaracağam, həm də yada salaq ki, sənin sonuncu xəbərdarlıqla bir töhmətin vardır. Özün başa düşürsən ki, partiya sıralarında olmayan şəxs akademiyanın prezidenti ola bilməz. Mən sənə xəbərdarlıq etdim. Yerinə yetirməsən, təqsirkar özünü bil!"


Azərbaycanın böyük şairini, xalqın sevimlisini xaric etməliyəm? Mənim bunu niyə etdiyimi kim başa düşər? Ya da Mirəsədulla Mirqasımov, AEA-nın ilk prezidenti, bizim ağsaqqalımız, o müqəddəs insan nə üçün bunu etdiyimi başa düşə bilməz. Anladım ki, bütün bunlar iblisin oyunlarıdır və başımda bir bəla var. 


Gecə hər şeyi Sonaya danışdım. Xəbərdarlıq etdim ki, məni Solovki (uzaq Sibirdə cəhənnəm adası) gözləyir. Taleyimdən son dərəcə razıyam ki, mənə həyat yoldaşı kimi məhz Sona qismət olub! Sədaqətli, vəfalı Sona. Ən böhranlı vəziyyətlərdə belə həmişə mənə tərəfkeşlik edib. Daima yanımda olub. Həyatın belə çətin anında hər qadın deməzdi:


- Sən haqlısan, heç bir vəchlə bizim xilasımıza görə akademikləri çıxartma. Bu, ədalətsizlik olar. Xalq səni başa düşməz. Özünə qarşı getmə. Hər şey necə olsa, düzələr. Belə qara iş baş verə bilməz. Amma birdən Solovki baş versə, nə etməli, uşaqları da götürüb gələrəm yanına.


- Mən dekabrist deyiləm, səni mənim yanıma buraxmazlar. Orda iqlim elədir ki, uşaqları məhv edərsən, elə özünü də.


Niyə məhz Solovki? Bir dəfə MK-nın qurultaydan sonrakı büro iclaslarından birində mənə Bakı Zooparkını akademiya sisteminə qəbul etmək tapşırıldı. Dedim ki, dünyada bütün zooloji bağlar akademiyanın deyil, şəhər xidmətinin tabeliyindədir. 


Onda Bağırov hiddətlə demişdi: “Sən daima mənə etiraz edirsən, eyibi yox, gözlə, gün gələr, elə elərəm ki, sən ağarmış başını Solovkada qoyarsan”.


Bu da sadəcə bir hədə-qorxu deyildi, fürsət düşən kimi mütləq yerinə yetirəcəyi bir vəd idi. İndi də belə bir fürsət ələ düşmüşdü.


VOROŞİLOVDAN TELEQRAM


Amma taleyin qərarı bir başqa oldu. 1953-cü ilin martında Stalin vəfat etdi. Bağırovun tısı bir qədər yatmışdı. Ölkədə vəziyyət bir qədər gərgindi, məni yadına salacaq halı yox idi. Mən də çalışırdım ki, Bakıda az olmaq üçün tez-tez respublika boyu ezamiyyətlərə gedim. Hərdən yolda qızdırmalı halda maşında yatırdım, təki onun gözünə görünməyim. Amma hər dəfə məni soraqladı. Təzəcə qayıtmışdım ki, təbliğat üzrə katib Həsənov zəng etdi. 


- Bağırov soruşur ki, adları çəkilən akademikləri çıxartdınmı?
- Xeyr.
- Bilirsən səni nə gözləyir?
- Bəli, bilirəm. Amma mən bunu edə bilmərəm.
- Onda incimə, sabah saat 11-də zəng edəcək, mən məcburam ona deyim ki, tapşırıq yerinə yetirilməyib.
- Mən incimirəm. Sən başqa cür hərəkət edə bilməzsən.


Lakin bu pik vəziyyətə yenidən yuxarı bir qüvvə müdaxilə etdi, əks halda bundan sonra baş verə biləcəkləri izah etmək mümkün olmazdı.


Gündüz saat 1-də Voroşilovdan teleqram aldım: Təcili Moskvaya uçun. Sabah SSRİ Ali Sovetinin Büdcə komissiyasının iclasıdır və mən SSRİ  Ali Soveti Ağır sənaye bölməsinin sədriyəm. Təcili teleqramın üzünü çıxarıb Həsənova göndərdim.


O, telefonla mənə belə dedi:


- Amma sən teleqram barədə mənə heç bir söz deməmişdin.
- Mən teleqramı siznlə söhbətimizdən sonra aldım.
- "Mən Voroşilovun teleqramı barədə məlumatı Bağırova çatdırım"- Həsənov məlumatı verdi. Bağırov üç dəqiqəyə yaxın susdu, yəqin, götür-qoy edirdi ki, Voroşilovla bu məsələ haqqında danışmağa dəyər, ya yox. Belə qərara gəldi ki, hələ dəyməz, təhlükəlidir.  Sonra dedi: “Qoy o alçaq getsin. Qayıdar, mən onunla hesablaşaram”.


Bu, iyulun 2-sində idi. Ertəsi gün səhər Moskvada idim. Sona ilə uşaqlar da artıq Moskvada idilər. Onları əvvəlcədən göndərmişdim.


Büdcə komissiyası bir həftədən çox iclaslar keçirtdi. İyulun 12-də “Moskva” mehmanxanasının foyesində bizim nazirlərdən biri ilə rastlaşdım:

“Musa Mirzoyeviç, siz xilas oldunuz. Beriyanı həbs etdilər. Dünən də Bağırovu vəzifəsindən kənarlaşdırıblar. Sov. İKP-nın Plenumu onu partiya qanunlarını pozmaqda ittiham edərək Sov. İKP MK-nın üzvülüyəndən çıxartdı. Tutduğu vəzifədən də azad etdi”.

Qeyd: Mətn sabiq deputat Etibar Əliyevin "Facebook" paylaşımından götürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Noyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri