Icma.az
close
up
RU
Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi DOSYE

Atası azərbaycanlı olan erməni cəlladın həbsinə QƏRAR verildi DOSYE

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin sözçüsü AzadlıqRadiosuna bildirib ki, 1 mart işi üzrə təqsirləndirilən keçmiş müdafiə naziri Seyran Ohanyan bugünkü məhkəmə iclasına gəlməyib. Musavat.com bildirir ki, buna görə də hakim onun həbs olunmasına qərar verib. İkinci prezident Robert Köçəryan və onun keçmiş tabeliyində olanlar 2021-ci ildə Konstitusiya Məhkəməsi Köçəryana qarşı irəli sürülən konstitusiya quruluşunu devirmək ittihamını konstitusiyaya zidd elan etdikdə bəraət qazanıblar.

Kassasiya Məhkəməsi bu qərarı ləğv edbi və işi yeni istintaqa göndərib. Koçaryan və onun keçmiş tabeliyində olanlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. Bu ittihamlar üzrə müddət bitmişdi. Ohanyan Xocalı canilərindən biridir. İşğal dövründə “Ohanyan xətti” adlanan istehkamları Ordumuz 44 gün içərisində darmadağın edib. Onun yeri Araik Aryutyunyanın, Ruben Vardanyanın, Bako Saakyanın yanıdır.

Xatırladaq ki, Azərbaycanın Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ermənistanın keçmiş müdafiə naziri, Xocalı soyqırımının əsas iştirakçısı olan Ohanyan Seyran Muşeqoviçin Cinayət Məcəlləsinin 103-cü (Soyqırım) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib. Seyran Ohanyan 1962-ci il, iyulun 1-də Azərbaycanın o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Şuşa şəhərində (bəzi mənbələrə görə, Daşaltı kəndində) anadan olub. Onun atasının azərbaycanlı Surxay Mədətov olduğu bilinən faktdır. Amma rəsmi məlumatlarda deyilir ki, atası olmuş Muştaq adlı erməni Ermənistanda - Gorusda anadan olub.

Surxay Mədətovla erməni Aida Ohanyan Şuşadakı təhsil müəssisələrindən birində tanış olublar. 1961-ci ildə onlar ailə həyatı qurublar. 1969-cu ildə Seyranın atası arvadının pozğunluğuna görə Şuşa bazarında onun üzünə kislota atıb. Lakin ölməyib, müalicə olunub sağalıb. Bu hadisəyə görə atası həbs edilib, 3 illik həbsdən çıxandan sonra vərəm xəstəliyindən ölüb. Seyran Ohanyanın bacısı da Şuşada doğulub, Bakıda yaşayıb və məlum hadisələr başlayanda Moskvaya köç edib.

Ohanyan 1969-1979-cu illərdə Şuşada 2 saylı rus məktəbində təhsil alıb. 1979-cu ildə isə 10 illik təhsilinə yekun vuraraq Bakı Ali Hərbi Ümumqoşun məktəbinə qəbul olub. Ohanyan Bakıda hərbi təhsil aldığı illərdə erməni həkim qadınla evlənib. Xidmət illərinə Almaniyada SSRİ birliklərində başlayan Ohanyan sonra Gəncədə dislokasiya olunmuş 23-cü diviziyada hərbi xidmətdə olub. Sonra Xankəndidəki 366-cı motoatıcı alayda bölük komandiri təyinatı alıb.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının Xocalıya hücumu zamanı Seyran Ohanyan 366-cı motoatıcı alayın tərkibində bu qətliamın istirakçılarından olub. 1992-ci ilin sentyabrında Xocavənd döyüşlərində ağır yaralanıb, ayağının birini itirib. O, Serj Sərkisyanla olan yaxın dostluğu sayəsində Sərkisyan prezident olandan sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi, sonra isə müdafiə naziri postuna gətirilib. 2008-ci ilin aprelindən 2016-cı ilin oktyabrınadək Ermənistanın müdafiə naziri olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri