Çelyabinskli yeniyetməni öldürən miqrantlara ümumilikdə 76 il həbs cəzası verilib
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Çelyabinsk vilayət məhkəməsi Çelyabinskdə “Kosmos” ticarət mərkəzinin yaxınlığında məktəblinin qətlində iştirak edən 7 miqrant və bir Kurqan vilayəti sakini barəsində hökm elan edib. Məhkəmənin mətbuat xidməti xəbər verir ki, onlar ümumilikdə 76 il həbsdə olacaqlar.
Məhkəmə müəyyən edib ki, 2023-cü il aprelin 9-da “Kosmos” ticarət-əyləncə kompleksində kütləvi dava edib. Dava nəticəsində yeniyetmə gənc öldürülüb. Polisin araşdırması zamanı kütləvi davada iştirak edən Şahrom Mirov, Toir Cəlilov, Abdulvahob Saburov, Şahzod Sattorov, həmçinin Kurqan vilayətinin sakini Xurşed Odinayev saxlanılıblar.
Məhkəmə hökmünə əsasən, Şahrom Mirov 18 il, Abdulvaxob Saburov və Şahzod Sattorov hər biri 14 il cəza çəkəcəklər. Toir Cəlilov doqquz il yarım, Nəjmiddin İmomov və İslam Əhmədov 5 il yarım, Zoir Cəlilov 5 il, Odinayev 4 il yarım müddətinə ümumi rejimli koloniyada həbsdə olacaqlar.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 15 Noyabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















