Icma.az
close
up
RU
Cəmi 2 manatdır, amma... Ekspert bu məhsulla bağlı xəbərdarlıq etdi

Cəmi 2 manatdır, amma... Ekspert bu məhsulla bağlı xəbərdarlıq etdi

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bəzi mağazalarda, hətta yol kənarında meyvə-tərəvəz satılan yerlərdə ananasın qiyməti cəmi 2 manatdır.

Bəs bu qədər ucuz satılan ananasları almaq və istehlak etmək təhlükəsizdirmi? Onların keyfiyyəti və saxlanma şəraiti ilə bağlı hansı məqamlara diqqət yetirmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, havaların istiləşməsi ilə əlaqədar olaraq, ananas məhsulunda, xüsusilə də qeyri-qənaətbəxş şəraitdə saxlanılan və satılan məhsullarda boşalmalar, xarici görünüşdə əzilmələr və turşuluq hissi müşahidə olunur:

"Belə məhsulların əvvəlki qiymətə satışı qəbul olunmur və satıcılar insanları qiyməti aşağı salmaqla cəlb etməyə çalışırlar. Digər tərəfdən, hər meyvənin öz mövsümündə yeyilməsi məsələsi var. Bu baxımdan ananasın əsasən yay mövsümündə deyil, daha çox qış aylarında yeyilməsinə üstünlük verilir. Havaların isti keçməsi də təbii olaraq ananasın saxlanma şəraitinə təsir edən amillərdən biridir. Yol kənarlarında və normal olmayan şəraitdə satılan ananaslara gəldikdə isə, bu təkcə həmin məhsula aid deyil. İstər ananas, istərsə də digər meyvə və tərəvəzlərin açıq havada, xüsusilə temperaturun yüksək olduğu və soyuq zəncir qaydalarına əməl olunmayan yerlərdən alınması tövsiyə olunmur. Eyni vəziyyəti küçələrdə satılan banan, gilas, ərik və şaftalı kimi digər meyvələrdə də müşahidə etmək mümkündür. Daha yaxşı olar ki, bu məhsullar davamlı və etibar qazanmış məkanlardan alınsın. Çünki etibarlı olmayan yerlərdən alınan məhsullar hər zaman istehlakçılarda narazılıq yarada bilər".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri