İsraildə siyasi sövdələşmə iddiası Netanyahuya nə təklif olunub?
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrail Prezidenti İshak Hersoq Baş nazir Binyamin Netanyahuya hökumətin başında daha iki il qalmaq, sonra isə siyasətdən tamamilə getməklə bağlı sövdələşmə təklif edib.
“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə yerli “Channel 14” telekanalı çıxış edib. Bildirilir ki, bunun qarşılığında Netanyahuya korrupsiya işlərində əfv vəd edilib.
“Təşəbbüs mövcud mandat balansı saxlanılmaqla yeni hökumətin formalaşdırılması üçün əsas ola bilər. Rotasiya halında Netanyahu hökumət başçısı postunu birinci tutmaq niyyətindədir. Bu, ona daha qarşıdakı iki il ərzində ABŞ Prezidenti Donald Trampla əlaqəli işləməyə imkan verəcək”, - telekanalın məlumatında deyilir.
Prezident İshak Hersoqun administrasiyası isə bu məlumatı “tam feyk” adlandırıb və hökumətin formalaşdırılması ilə bağlı spekulyasiyalarla məşğul olmadığını bəyan edib.
Qeyd edək ki, 27 oktyabrda keçirilmiş seçkilərin ilkin nəticələrinə görə, Binyamin Netanyahunun bloku parlamentdə 53 yer, onun əsas rəqibi olan Qadi Eyzenkotun rəhbərlik etdiyi “Dəyişiklik düşərgəsi” koalisiyası isə 48 yer qazanır.
Xatırladaq ki, Binyamin Netanyahu 2022-ci ilin dekabrından İsrail Baş naziri postunu tutur. O, daha əvvəl 1996-1999 və 2009-2021-ci illərdə hökumətə rəhbərlik edib. 2019-cu ildən ona qarşı bir neçə cinayət istintaqı aparılır. Baş nazir dələduzluqda, etibardan sui-istifadədə və korrupsiyada ittiham olunur. Netanyahu isə iddiaları rədd edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Oktyabr 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















