Icma.az
close
up
RU
“Cəmi 6 qazan oğurlamağın inandırıcı deyil” Hakim

“Cəmi 6 qazan oğurlamağın inandırıcı deyil” Hakim

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Yasamal rayonunda yerləşən uşaq bağçasından məişət əşyaları oğurlayan şəxs mühakimə edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 4 ay əvvəl gecə saatlarında bağçanın anbarına daxil olan 45 yaşlı Azər Bahşov müxtəlif qab-qacaqları aparıb.

Araşdırma nəticəsində məlum olub ki, Azər bağçaya məxsus 6 qazan, 4 keramika tava, bir aşsüzən, bir neçə “padnos” və çaydanı oğurlayıb. Bunun nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 2 233 manat ziyan dəyib.

Təqsirləndirilən şəxs isə verilmiş ittihamla tam razılaşmayıb. O, bağçadan 2 torbanın içində cəmi 6 qazan apardığını etiraf edib. Həmin qazanları da Alatava qəsəbəsindəki mağazaya 49 manata satıb. Mağaza sahibi özü də bunu məhkəmədə təsdiqləyib. Deyib ki, Azər ona cəmi 6 qazan satıb.

Hakim müttəhimin cəmi 6 qazan oğurladığını deməsini inandırıcı hesab etməyib: “İttihamda göstərilən qazan, tava, “padnos”, ləyən və digər məişət əşyalarının ölçü və forması onların daşınmasını çətinləşdirmir. Əksinə, bu əşyaların əksəriyyəti müxtəlif ölçülərdə olduğundan təbii şəkildə bir-birinin içinə yerləşdirilə bilir. Məsələn, 40 litrlik və 30 litrlik qazanların içərisinə 20 litrlik və 3 litrlik qazanlar, həmçinin emal ləyənlər yerləşdirilə bilər. Eyni ilə keramika və tefal tavalar da ölçülərinə görə üst-üstə yığıla və iç-içə salına bilər. “Padnos” və aşsüzən kimi yastı formalı əşyalar isə ən altda yerləşdirildikdə heç bir əlavə həcm yaratmır. Beləliklə, bütün əşyaların kompakt şəkildə yığılması və cəmi iki iri torbada daşınması texniki baxımdan tamamilə mümkündür”.

Təqsirləndirilən şəxs bu əməlinə görə saxlanılarkən üzərindən narkotik vasitə də aşkar edilib. Bu ittiham onun işini çətinləşdirib.

Yekunda təqsirləndirilən şəxsə oğurluğa görə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsə də, narkotik ittihamı vəziyyəti dəyişib. Narkotik ittihamı nəzərə alınaraq Azər Bahşova 1 il 6 ay həbs cəzası verilib.

Sail Ağasəlim

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Avqust 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri