Icma.az
close
up
RU
Dezinformasiya qarşısında dayanıqlı cəmiyyət sabit və müstəqil dövlət deməkdir ŞƏRH EDİLDİ

Dezinformasiya qarşısında dayanıqlı cəmiyyət sabit və müstəqil dövlət deməkdir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Müasir informasiya dövründə dezinformasiya təkcə ictimai rəyə təsir edən manipulyativ vasitə deyil, həm də dövlətlərin suverenliyinə, sabitliyinə və milli təhlükəsizliyinə yönəlmiş ciddi təhdiddir. Xüsusilə, informasiya müharibələrinin, kibertəxribatların və saxta xəbərlərin qlobal miqyasda artdığı bir zamanda cəmiyyətin media savadlılığı səviyyəsi bir növ “milli immunitet” funksiyasını daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib.

Onun sözlərinə görə, Azərbaycan kimi strateji və geosiyasi baxımdan həssas regionda yerləşən ölkələr üçün bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Ermənistanın və bəzi xarici dairələrin illər boyu apardığı informasiya təxribatları, Qarabağ münaqişəsi dövründə və ondan sonrakı mərhələdə yayılan saxta xəbərlər bunun ən bariz nümunəsidir. Media savadlılığı insanın aldığı informasiyanı analiz etmək, mənbəni yoxlamaq, manipulyativ məzmunu ayırd etmək bacarığıdır: "Bu bacarığın formalaşması sadəcə təhsil və ya jurnalistika məsələsi deyil, milli təhlükəsizlik infrastrukturunun vacib tərkib hissəsidir. Çünki dezinformasiya qarşısında dayanıqlı cəmiyyət - sabit, birləşmiş və müstəqil dövlət deməkdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) uzun illərdir ki, bu istiqamətdə fəaliyyət göstərir - jurnalistlərin peşə bacarıqlarının artırılması, regionlarda media savadlılığı üzrə təlimlər, gənclər və müəllimlər üçün informasiya təhlükəsizliyi mövzusunda layihələr həyata keçirib. Məqsədimiz yalnız jurnalistləri deyil, bütün cəmiyyət üzvlərini informasiya müharibəsinin çağırışlarına qarşı hazırlıqlı etməkdir.

Dezinformasiya ilə mübarizə yalnız dövlət orqanlarının işi deyil - bu, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Çünki informasiya təhlükəsizliyi olmadan nə ideoloji sabitlik, nə də ictimai etimad mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://sia.az
archiveBu xəbər 17 Oktyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri