Icma.az
close
up
RU
Cəmiyyət və maraq hissi

Cəmiyyət və maraq hissi

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabir ETİBARLI

Elmi və texnoloji tərəqqi iki əsas təkanverici amil - zərurət və maraq sayəsində formalaşır. Bu yazıda maraq dedikdə idman, musiqi kimi hobbi xarakterli məşğulliyyətlər yox, müşahidə, təcrübə və sübut əsaslı, insanı öyrənməyə və bir sıra suallara cavab tapmağa sövq edən maraq hissi nəzərdə tutulur.

Maraq hissi insanı ətrafı müşahidə etməyə, müşahidələrindən nəticələr çıxarmağa və beləliklə, ətraf mühiti öyrənməyə stimul yaradır. Məsələn, Çarlz Darvin 1835-ci ildə Qalapaqos adalarına səfərə çıxmış və bəzi adadakı tısbağaların boyunlarının qısa, digərlərinin isə daha uzun olduğuna müşahidə etmişdi. O, sonradan müəyyənləşdirmişdi ki, rütubətli adalarda bitkilər çox və inkişaf etmiş olduğundan tısbağalar yerə yaxın otlarla qidalanır. Quru, az bitkili adalarda isə tısbağalar doyunca qidalanmaq üçün boyunlarını yuxarı qaldırmalı olur. Darvin bu müşahidədən belə nəticəyə gəlir ki, tısbağaların boyun uzunluğu onların mühitə uyğunlaşmasının nəticəsidir - uzunmüddətli adaptasiya prosesi nəticəsində quru iqlimə sahib adalarda yaşayan tısbağaların boynu uzanıb.

Maraq hissinin canlıları müşahidə etməyə və araşdırma aparmağa sövq etməsi üçün təkcə şəxsi keyfiyyətlər kifayət deyil. Sosial-ictimai quruluş, araşdırmanın başqaları tərəfindən təşviqi və elmi ənənənin mövcudluğu əsas amillər hesab olunur. Məsələn, məni tez-tez düşündürən hadisələrdən biri Prjevalski atlarının elmi ədəbiyyata daxil edilməsidir. Bu hadisə maraq hissindən doğan səyahətin parlaq nəticəsi kimi qarşımıza çıxır. General Nikolay Mixayloviç Prjevalski 19-cu əsrdə Mərkəzi Asiyanın bir çox hissəsini - xüsusən Monqolustan, Tibet və Çin bölgələrini araşdırmış və Monqolustanda hələ vəhşi şəkildə yaşayan qədim at növünü tapmışdı. Alçaq boylu, güclü bədənli, qısa yallı və çox dözümlü bu at növü onun şərəfinə "Prjevalski atı" adlanır. Diqqətinizə çatdırmaq istədiyimiz əsas məqam isə odur ki, monqolların tarixən ən yaxşı bildikləri iki şey varsa, onun biri atdır. Amma şəxsi maraq hissinin bəslənilməməsi, elmi araşdırma mədəniyyətinin yoxluğu Monqolustan vəhşi atların dünya elminə monqollar tərəfindən deyil, rus araşdırmaçısı tərəfindən tanıdılmasına səbəb oldu.

Təəssüflə qeyd etmək lazımdır ki, bir çox şərq xalqları kimi, biz də maraq hissini rəhbər tutub yeniliklərə meyl göstərən cəmiyyət deyilik. Məsələn, əgər 1-ci və 2-ci Qarabağ müharibələri arasındakı zaman kəsiyində xəbərlərə nəzər salsanız, belə bir cümlənin şahidi ola bilərsiniz - adsız yüksəkliklərdə tərəflər arasında atışma halları qeydə alınıb. Adsız, bilinməyən yerlər Azərbaycanda çoxdur. Buradan anlayırıq ki, biz heç vaxt öz kəndimizdən, obamızdan ayrılıb haranısa araşdırmaq, kəşf etmək marağında olmamışıq.

Cəmiyyətimizdə maraq hissinin tələblərinin təmin olunmamasının səbəbləri cəmiyyətin sosial strukturunda, düşünmə formalarının köklərində yatır. Sual verməyi, danışmağı, öz fikirlərini ifadə etməyi təşviq edən bir cəmiyyət deyilik. Hətta bunu məsəllər, atalar sözləri ilə də dəstəkləmişik. Məsələn, "Danışmaq gümüşdürsə, susmaq qızıldır". Burada susmaq təriflənən davranış kimi təqdim olunur. Susmaq ədəbli, əxlaqlı olmağın bir hissəsi kimi göstərilməyə çalışılır. Əlbəttə ki, həyatın sərt üzünü inkar etmir və hər kəsin xoşuna gəlsə də, gəlməsə də, susmalı olduğu anların olduğunu qəbul edirəm. Amma bunu mütləq bir əxlaq normativi kimi qələmə vermək doğru deyil. Buna rəvac verildikdə uşağa uşaq olduğu, qadınlara qadın olduğu üçün söz haqqı verilməməsi adi hal alır. Hətta artıq mütəxəssis olan gənc kadrların belə yaşlı kadrlara irad tutmasının yaxşı qarşılanmadığı kimi hallara da rast gəlmək olar. Uşaqlıqdan daxildən gələn sorğulama ehtiyacının və maraq hissinin davamlı boğulması, laqeyd fərdlər yetişdirir. Nəticədə heç bir ixtira etməyən, ancaq primitiv şeylərlə maraqlanan, sadə formada düşünən bir nəsil yetişir.

Haqqında düşünməli olduğumuz başqa atalar sözlərini də qeyd etmək istəyirəm: "Bir qazan aşım, ağrımaz başım", "Palaza bürün, el ilə sürün". Bu atalar sözlərində heç nəyə baş qoşmamaq, sürü psixologiyası bəyənilir. Siyahını çox uzatmaq olar, ancaq oxucunu yormaq istəmirəm. Onu da qeyd etmək lazımdır ki, sonuncu qeyd olunan atalar sözünün bir yozumuna görə, burada kor-koranə kollektivçilik yox, el ilə həmrəy olmaq fikri dəstəklənir. Ancaq təəssüf ki, bu söz gündəlik həyatda, adətən, axın ilə getmək mənasında işlənilir.

Maraqdan danışmışkən, soruşmaq istəyirəm: Siz heç kəpənək və ya bitki kolleksiyası olan Azərbaycan xanı və ya bəyi eşitmisinizmi? Qulağa qəribə gəldiyi kimi, bunu təsəvvür etmək belə çətindir. Çünki bizim sosial kodlarımız, düşüncə formamız və elmi araşdırma mühitimiz buna icazə vermir. Ancaq Qərb dünyası bu profilli əslzadəni asanlıqda tapır. Bu mənada şəxsi favoritim paleontologiyanın atası hesab olunan Baron Jorj Küvyedir (1769-1832). O, minlərlə skelet və fosil qalıqları toplamış, müqayisəli anatomiya ilə məşğul olmuş, heyvanların dişləri ilə dırnaqları (caynaqları) arasındakı əlaqə kimi bir neçə korrelyativ əlaqə qanunları yaratmışdı. Yəqin ki, bunları edərkən həm də çox əylənmişdi. Çünki maraq hissi mövzunu əyləncəli edir. Maraqlı və əyləncəli olmayan bir şeyi uzun müddət öyrənmək isə inandırıcı görünmür. Bu baxımından hazırda məktəbin aşağı siniflərində təhsil alan uşaqlara öyrənməyi öyrətmək, öyrənərkən necə əylənə bilməyi başa salmaq gələcəyimiz üçün olduqca vacibdir.

Maraq hissi yalnız fərdi inkişafın deyil, həm də cəmiyyətin tərəqqisinin əsas şərtidir. Biz bu hissi boğduqca, özümüzü həm elmi, həm də mədəni mənada kasadlaşdırırıq. Cəmiyyət olaraq uşaqlara soruşmağı, düşünməyi və kəşf etməyi öyrətmədiyimiz müddətdə başqalarının yaratdıqlarına heyran qalmaqla kifayətlənəcəyik. Halbuki sual verməkdən və maraqlanmaqdan başlanan hər bir yol böyük-böyük kəşflərə aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri