Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Cəmiyyətin mənəvi psixoloji vəziyyətində gərginliklər: Səbəblər nələrdir?

Cəmiyyətin mənəvi psixoloji vəziyyətində gərginliklər: Səbəblər nələrdir?

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dünyada hər bir cəmiyyətin üzləşdiyi sosial, iqtisadi və psixoloji proseslər onun ümumi inkişafına birbaşa təsir göstərir. Son illərdə cəmiyyətimizdə də müxtəlif sosial və mənəvi problemlər gündəmə gəlir.

İnsanların qarşılaşdığı çətinliklər və yaşadıqları stress onların ruh halına mənfi təsir göstərir. Nəticədə insanlar daima neqativ və gərgin mühitdə yaşamağa məcbur olurlar.

Bəs, bu mənfi vəziyyətdən çıxış yolu nədir və sağlam cəmiyyət necə qurmaq mümkündür?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, bu məsələnin kökü əslində çox dərindir və tarixi mənbələrə dayanır:

“Bir cəmiyyət və xalq olaraq son dövrlərdə müəyyən faciələrlə qarşılaşmışıq. Eyni zamanda, bu hadisələrin mediada və televiziyada tez-tez qabardılması — məsələn, ermənilərin törətdiyi faciələr, 20 Yanvar, Xocalı hadisələri və buna bənzər mövzuların davamlı şəkildə vurğulanması — son 20-30 il ərzində insanlara təlqin edilib.

Matəm, faciə günlərinin qeyd olunması, xüsusən məktəblərdə azyaşlı uşaqlara bu hadisələrin çılpaqlığı ilə izah edilməsi həm qorxu yaradır, həm də psixoloji zərbə vurur. Dünyanın bütün ölkələrində, xalqlarında müharibələr və faciələr yaşanıb. Bu, həyatın bir gerçəkliyidir. Lakin faciələri həddindən artıq dramatik şəkildə və davamlı olaraq təkrar gündəmə gətirmək cəmiyyətin ümumi mənəvi-psixoloji vəziyyətini gərginləşdirir.

Bundan əlavə, ölkədəki sosial-iqtisadi şərtlər və mənəvi dəyərlərdəki aşınma da mühüm təsir göstərir. İnsanların normal işi olmayanda, ya da stresli işlərdə çalışanda, gəlirləri kifayət etməyəndə, evsizlik problemi ilə üzləşəndə, evlənə bilməyəndə, uşaqlarını oxuda bilməyəndə bu kimi sosial çətinliklər onların psixologiyasını mənfi istiqamətə yönəldir.

Ölkədə elə çoxsaylı xırda problemlər var ki, insan hara getsə, onlarla qarşılaşır: çimərliyə gedəndə bir problem, şəhərdə tıxac başqa bir problem, hardasa bir məmur hüququnu pozur, xəstəxanada haqsızlıqla üzləşir, məktəbdə başqa bir çətinlik yaşayır. Ətrafında daim bu tip halları gördüyünə görə insanlar da bunları qabartmağa, etiraz etməyə, sosial mediada paylaşmağa çalışır.

Nəticədə, istər jurnalistlər, istər adi sosial şəbəkə istifadəçiləri gördüklərinin böyük əksəriyyətini paylaşır və təəssüf ki, bu gördüklərinin 80-90 faizi mənfi hallardır. Ona görə də bəzən “niyə pessimist yanaşırsınız?” sualına cavab sadə olur: əgər neqativ hallar çoxdursa, təbii ki, gündəmdə də çoxluq təşkil edəcək.

Tutaq ki, bir insan gündəlik həyatda 10 hadisə ilə qarşılaşırsa, bunların səkkizində problem, nöqsan və ya hər hansı xoşagəlməz hal varsa, həmin insan da təbii olaraq bu istiqamətdə köklənir, bunları danışır və beləliklə onun dünyagörüşü bu formada formalaşır”.

Sosioloqun fikrincə, sağlam cəmiyyətlərdə mütləq hüquqi sistem işlək olmalı, hər şey qaydasında getməli, hər kəs öz işini vicdanla yerinə yetirməli və insanların hüquqları pozulmamalıdır:

“Sosial şəraitlər normal olmalıdır — yəni insanın işi, evi, həyatı, təhsili normal səviyyədə təmin olunmalıdır ki, bu problemlər yaranmasın və neqativ psixologiya formalaşmasın.

Bura bir çox amillər təsir göstərir. Mənəvi deqradasiya məsələsinə də toxunmaq lazımdır. Son illərdə bir çox dəyərlərimiz arxa plana atılıb; “müasirlik” və “qadın azadlığı” adı altında ailələr dağılıb, yad dəyərlərin təbliği baş verib. Bütün bunlar da insanlara neqativ təsir göstərir, onları həyatdan küsdürür, inam və etibar hissini azaldır. Dostluqlar, qonşuluq münasibətləri demək olar ki, yoxa çıxıb.

Beləliklə, həm mənəvi-psixoloji, həm sosial-iqtisadi, həm də tarixi əsaslı bu kimi problemlər bütövlükdə cəmiyyətin şüurunu, enerji atmosferini və ümumi aurasını formalaşdırır.

Nəticədə, ortada daim neqativ enerji və neqativ informasiya hökm sürür, problemlər ard-arda gəlir. Bunun qarşısını almaq üçün sağlam dövlət və sağlam cəmiyyət formalaşdırmalıyıq ki, belə hallara ehtiyac qalmasın.

Əgər insanlar neqativ hallarla qarşılaşmasa, problemlərə düşməsə, ağır vəziyyətlər yaşamasa, xəyanət görməsə, hüquqları pozulmasa, normal işi, yaşayış şəraiti, evi və həyat tərzi ən azı minimal səviyyədə təmin olunsa, onda onlar bu qədər neqativi haradan tapıb paylaşacaqlar? Belə hallar olsa da, sayca az olacaq.

Bütün ölkələrdə müəyyən problemlər mövcuddur, ideal yer yoxdur. Amma bu, nisbidir: bizdə problemli hallar 80%-ə çatırsa, başqa ölkələrdə bu göstərici 5-10% ola bilər. Orada o 10% neqativ, 90% pozitivin içində əridiyi üçün qabarmır. Bizdə isə 80% neqativ üstünlük təşkil etdiyindən, mövcud 20% pozitiv də onun içində itib gedir.

Bax, bu baxımdan cəmiyyətin sağlamlaşdırılması üçün dövlətin xüsusi siyasəti olmalı, müvafiq şərtlər təmin edilməli və ölkədə sağlam mühit yaradılmalıdır. Dövlət mənəvi baxımdan milli dəyərlərimiz əsasında cəmiyyəti formalaşdırmalı, media, televiziya, təbliğat vasitəsilə insani münasibətləri, pozitiv nümunələri önə çəkməlidir.

Cəmiyyət də öz növbəsində milli dəyərlərimizi, mənəvi prinsiplərimizi yaşatmalıdır ki, biz bir növ “zombiləşməyək”, əksinə, minillik tarixi irsimiz üzərində inkişaf edərək irəliləyək. Əl-ələ verərək mövcud problemləri də aradan qaldırmaq mümkündür.

Lakin təəssüf ki, problemlər qaldırıldıqda və ictimailəşdirildikdə çox zaman buna reaksiya verilmir. Həll olunmadığı üçün insanlar daha da qəzəblənir, aqressivləşir və ruhdan düşür.

Çünki görürük ki, hara baxsan, problem var və bunların həlli ilə heç kim ciddi şəkildə məşğul olmur, sanki heç kimin vecinə deyil. Nəticədə insanlarda inamsızlıq, ruhdan düşmə, psixoloji depressiya yaranır. İş yerlərində stres, işsizlik, uşaqlarla bağlı çətinliklər və digər sosial problemlər də bu mənfi mənzərəni dərinləşdirir”.

Elçin Bayramlı vurğulayıb ki, bütün problemlərin aradan getməsi üçün həm dövlət, həm də cəmiyyət nümunəvi ölkələrin təcrübəsindən yararlanaraq sağlam bir sistem qurmalıdır.

“Ölkədə hər şey qaydasında olmalıdır ki, insanlar pozitiv psixoloji mühitdə yaşasınlar.

Qısaca desək, birincisi, hüquqi sistem mükəmməl işləməli, insan hüquqlarının pozulmasına qəti şəkildə son qoyulmalı, qanunlar tam işlək olmalıdır.
İkincisi, sosial-iqtisadi şərtlər təmin edilməlidir – insanların normal işi, sabit ailə gəliri olmalı, ev sahibi olmaq və ailə qurmaq kimi elementar ehtiyaclarını ödəyə bilməlidirlər.
Üçüncüsü, mənəvi deqradasiyaya qarşı ciddi mübarizə aparılmalı, mənfi halların qarşısı alınmalıdır.

Cəmiyyət üzvləri bir-birinə dəstək göstərməli, ictimai qınaq mexanizmi işləməli və mövcud 5-10 neqativ hal aradan qaldırılmalıdır. Yalnız bu yolla sağlam, pozitiv və inkişaf yönümlü bir cəmiyyət formalaşdırmaq mümkündür.

Bu gün dünya elminin son nailiyyətlərinə nəzər salanda görürük ki, kainatda və həyatda hər şey enerji və informasiyadan ibarətdir. Əgər bu enerji mənfi mənbədən qaynaqlanırsa, bu, həm insanların şəxsi həyatına, həm də cəmiyyətin ümumi aurasına təsir göstərir və nəticədə bütün ölkənin enerji sahəsini zədələyir.

Bu baxımdan sağlam cəmiyyət yaratmaq üçün hamı birgə çalışmalıdır. Pozitiv işlərə üstünlük verilməli, mövcud problemlər aradan qaldırılmalı, dövlət, xalq, cəmiyyət və media əl-ələ verərək belə halların qarşısını almalı, baş verdiyi təqdirdə isə tez bir zamanda həll etməlidir.

Belə olduqda cəmiyyətdə qarşılıqlı inam, dövlətə güvən formalaşacaq, insanların haqq və hüquqları pozulmayacaq, kimsə stres içində yaşamayacaq, insanlar arasında sağlam münasibətlər möhkəmlənəcək. Nəticədə ümumi enerji sahəsi, yəni cəmiyyətin aurası sağlamlaşıb daha müsbət formaya düşəcək.

Bunun başqa yolu yoxdur – yalnız bu yolla sağlam və harmonik cəmiyyət qurmaq mümkündür”-deyə o fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri