Icma.az
close
up
RU
Çempion məşğuldu, “Neftçi” “yatıb”, “Araz Naxçıvan” “at oynadır”

Çempion məşğuldu, “Neftçi” “yatıb”, “Araz Naxçıvan” “at oynadır”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Misli premyer-liqasında 4-cü tur da arxada qaldı.

İstənilən turnirin cəlbediciliyi qeyri-adi nəticələrin çoxluğu, sürpriz liderlərin varlığı ilə ölçülür. Deyəsən, cari mövsüm bu mənada bütün gözləntiləri qarşılayacaq. Baxın, daim iddialılar sırasında göstərilən “Neftçi” hələ də qələbəyə həsrətdi, başı Çempionlar Liqasına qarışan “Qarabağ” üç oyunun ikisində xal itirib, peşəkarlar arasına buraxılsa da, peşəkarlıq baxımından çox şey öyrənməli olan “İmişli” isə parlaq qələbəni texniki məğlubiyyətlə dəyişməyə məcburdu. Bəribaşdan deyək ki, biz mümkün texniki məğlubiyyəti turnir cədvəlində nəzərə almamışıq.
Artıq yetərincə təcrübə yığan “Araz-Naxçıvan” “Kəpəz” kimi komandalarla oyunlarda xal itirmək fikrində deyil. Qəbələdə bu gerçək bir daha təsdiqləndi. O da aydın oldu ki, “Kəpəz” bu gedişlə olan-qalan azarkeşini də itirəcək. Ümumiyyətlə, komanda elə vəziyyətə düşə bilər ki, doğma şəhərə dönüş belə onu xilas etməz. Hadisələrin axarı buna doğru aparır!
“Qarabağ” “Zirə”ni “doğma divarlar” arasında məğlub edə bilmədi. Əslində “Benfika” ilə oyuna köklənən ağdamlılar üçün 1 xalı da qənimət saymaq olar. Tyaqo Silvanın vicdanına yazılan 1 xalı! “Zirə”nin portuqaliyalı qapıçısı Kadinin cərimə zərbəsi zamanı elə kobud səhvə yol verdi ki, buna hansısa şəkildə bəraət qazandırmaq çətindi.
Elə Tyaqonun azərbaycanlı həmkarı Mehdi Cənnətov da ondan geri qalmadı. Vieqasına asmasını qarşılamaq istəyən “Sumqayıt”ın qapıçısının niyyəti nə idi – yəqin ki, bunu bir özü bilir, bir də Allahı! Bu başqa məsələ ki, Cənnətov adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxan “İmişli” rəsmisi üçün səhərdən axşama qədər dua etməlidi. Axı gözəl qələbə qazanan Aran təmsilçisi məsuliyyətsizlikdən və qeyri-peşəkarlıqdan dolayı texniki məğlubiyyət alacaq.
Mövsümün startında inamlı görünən komandalardan biri də “Turan Tovuz”du. “Bozqurd” əsas rəqiblərinin başının qarışmasından məharətlə yararlanır, asta-asta xal hesabını artırır. Kurban Berdıyevin komandasının ev oyunlarını belə neytral meydanda keçirdiyini nəzərə alsaq, uğurun dəyəri ikiqat artır.
Turun son iki oyunu bazar günü keçirildi. “Şamaxı” “Karvan-Yevlax” üzərində tarixi qələbə qazandı. Ancaq “şirlər”in qəhrəmanlığı ilə yanaşı, qonaqların qapıçısı Kamran İbrahimovla müdafiəçilərin kobud səhvlərini də qeyd etmək lazımdı.
Və “Neftçi”… Və paytaxt derbisi… “Ağ-qaralar” “Sabah”la oyunda da mövsümdə qələbə hesabını aça bilmədi. Onların baş məşqçisi Samir Abasov özündən başqa hər kəsi və hər şeyi günahlandırır. Görünür, Samir bəy futbolun yazılan və yazılmayan qanunu unudub: burda yaxşı oyuna yox, rəqibdən artıq qol vurmağa görə qələbə verilir! Abasov isə hələ ki qələbə qazanmağı bacarmır. Amma nə vaxta qədər? Sondakı sual işarəsini götürüb bu cümləni uzatmaq da olar: “Neftçi” rəhbərliyi dözəcək?
HUŞƏNG

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Sentyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri