Bağırov: “Çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq”
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Kəpəz” yoxlama oyununda “Qəbələ”yə uduzub – 1:3.
Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçı belə dəyərləndirib:
“Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar. Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 4 oyunçunu yoxlamaq imkanımız oldu. Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq. Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı.
Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır. İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim. Əsas odur ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədir ki, məşqlərə başlamışıq. İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:209
Bu xəbər 05 Sentyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















