Çempionlar Liqasında həftənin oiyunçusu kim olacaq?
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu həftə Çempionlar Liqasının ilk turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, UEFA həftənin oyunçusu mükafatı uğrunda mübarizə aparan 4 futbolçunun adını açıqlayıb.
Namizədlər arasında Markus Reşford ("Barselona"), Duşan Vlahoviç ("Yuventus"), Markus Turam ("İnter") və Fransisko Trinkao ("Sportinq") var.
Reşford dubl etməklə "Barselona"nın "Nyukasl" üzərində qələbəsində (3:2) böyük pay sahibi olub. Vlahoviçin iki qolu və bir məhsuldar ötürməsi "Yuventus"un Dortmund "Borussiya"sı ilə heç-heçə (4:4) oynamasına yardım edib. Turamın iki qolu "İnter"ə "Ayaks" üzərində qələbə qazandırıb (2:0). Trinkao isə "Kayrat"la oyunda (4:1) iki qol vurdu.
Qeyd edək ki, azarkeşlər UEFA-nın saytında Çempionlar Liqasının ilk turunun ən yaxşı oyunçusuna səs verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Sentyabr 2025 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















