Çempionlar Liqasının 5 qat qalibi klubunu dəyişir
Teleqraf.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kazemiro karyerasını İtaliya "Roma"sında davam etdirə bilər.
Teleqraf.com "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Mançester təmsilçisi braziliyalı dayaq yarımmüdafiəçisini cari mövsümün sonuna qədər icarə əsasında İtaliya klubuna buraxmağa hazırdır.
Qeyd edək ki, Kazemiro bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və 3 qol vurub. Onun klubla mövcud müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Sambaçı" ən böyük uğurlarını İspaniyada "Real Madrid"in heyətində qazanıb. O, 5 dəfə Çempionlar Liqasının, 3 dəfə klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub.
Baxış sayı:133
Bu xəbər 29 Yanvar 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















