Icma.az
close
up
RU
Cənab Prezidentin çıxışı geniş əhatəli və məzmunlu, qarşıya qoyulan hədəfləri müəyyənləşdirən bir çıxış idi

Cənab Prezidentin çıxışı geniş əhatəli və məzmunlu, qarşıya qoyulan hədəfləri müəyyənləşdirən bir çıxış idi

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin hər bir çıxışı kimi Milli Elmlər Akademiyasının 80 illiik yubileyindəki çıxışı da konseptual əsaslı, geniş əhatəli və məzmunlu, ən əsası qarşıdakı dövr üçün qarşıya qoyulan hədəfləri müəyyənləşdirən bir çıxış idi. Dövlət başçısının AMEA-dakı çıxışı təkcə elm adamlarına ünvanlanmamışdı. Bu çıxış həm də cəmiyyətə, Azərbaycan ictimaiyyətinə, eyni zamanda ölkəmizə qarşı hələ də düşmən mövqedə dayanan xarici ünsürlərə qarşı ünvanlanmış çıxış idi”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri hərbi və təhlükəsizliklə bağlı idi:
“Prezident çıxışında bildirdi ki, son on il ərzində ölkə üçün torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası layiqincə təmin edilib. Xatırladıldı ki, bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur. Cənab Prezidntin vurğuladığı bu fikirlər hərbi-geostrateji kontekstdə Azərbaycanın mövqeyinin güclənməsi, müdafiə qabiliyyətinin artırılması mesajı kimi dəyərləndirilə bilər. Prezident çıxışında onu da vurğuladı ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir. Bu baxımdan ölkə başçısı süni intellektin, texnoloji inkişafın prioritet sahə olduğunu qeyd etdi. Bu məqam da hesab edirəm ki, müdafiə sahəsində innovasiya, kəşfiyyat-texnoloji sistemlər, modern silah və informasiya sistemlərinin inkişaf etdirilməsinə hədəflənmə, ona bir işarə deməkdir. Yəni bir növ akademik elm ilə milli müdafiə arasında bağlantının olmasının vacibliyi vurğulanırdı”.
İlham Məmmədov qeyd edib ki, dövlət başçısı çıxışında tarixi zəfərimiz və onun 5 illik yubileyi ilə bağlı keçiriləcək hərbi parada da diqqət çəkib:
“Dövlət başçısı diqqətə çatdırdı ki, bir neçə gün sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Bu məqsədlə hərbi parad təşkil ediləcək. Bu parad həm də Azərbaycanın hərbi gücünün, qüdrətinin regiona və dünyaya göstərişi olacaq. Eyni zamanda bu parad hərbi gücümüz, potensialımızın ictimaiyyətə bir daha təqdimatı xarakteri daşıyır. Baxmayaraq ki, Azərbaycan hər zaman sülh, sabitlik tərəfdarı olub, ancaq eyni zamanda özünün müdafiə qabiliyyətini də gücləndirmək məcburiyyətindədir. Buna görə də ehtiyac yarandıqca hərbi-texniki bazasını gücləndirir, yeni müasir silahlar alaraq Silahlı Qüvvələrin istifadəsinə verir. Elə bu konrekstdə dövlət başçısının çıxışı zamanı xüsusi ilə vurğuladığı bir məqam diqqət çəkdi. Cənab Prezident bildirdi ki, AMEA-nın yubileyi Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi bir dövrə təsadüf edir. Bir növ Cənab Prezident mesaj verdi ki, elm-tədqiqat institutlarının fəaliyyəti yalnız iqtisadi və mədəni deyil, həm də strateji dövlət maraqlarıyla uzlaşmalı, müdafiə və təhlükəsizlik sahəsində elmi-texnoloji hazırlıq önəm daşımalıdır”.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Noyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see251

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see236

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see189

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see154

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see148

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri