Icma.az
close
up
RU
Cenevrəyə işgüzar səfər uğurlu oldu Spiker

Cenevrəyə işgüzar səfər uğurlu oldu Spiker

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


"Bildiyiniz kimi, Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyəti oktyabrın 19-dan 21-dək İsveçrə Konfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olmuşdur. Səfərdə məqsəd Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında iştirak etmək idi.
Oktyabrın 20-də Assambleyada “Böhran zamanı humanitar normaların qorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusunda müzakirələr aparıldı. Çıxışımda tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunu öz təcrübəsində yaşamışdır".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 24-də keçirilən plenar iclası zamanı səsləndirib. Spiker qeyd edib ki, Ermənistanın silahlı təcavüzünün faciəli nəticələri barədə məlumat verdim:
"Qeyd etdim ki, dövlətimiz ərazi bütövlüyünü bərpa etdikdən sonra geniş miqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirir. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesi başlanmışdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin güclü siyasi iradəsinin və humanitar fəaliyyətə sadiq olmasının sübutudur.
Bildirdim ki, vaxtı ilə humanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir, BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19 pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərmişdir. Son beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çox humanitar, maliyyə və texniki yardım çatdırılmışdır".
Spiker qeyd edib ki, Assambleya çərçivəsində keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri də iştirak və çıxış etdilər:
"Onu da deyim ki, Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumu imzalandı.
Bildiyiniz kimi, hazırda Milli Məclisin sədrlik etdiyi üç parlament təşkilatından biri də Asiya Parlament Assambleyasıdır. Digər iki təşkilat isə, xatırladım ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır.
Cenevrədə mənim sədrliyimlə Asiya Parlament Assambleyasının Koordinasiya görüşü keçirildi.
Milli Məclisin təşkilata sədrlik etməyə başladığı 2024-cü ildən bəri görülən işlər haqqında məlumat verdim. Qeyd etdim ki, Assambleya çərçivəsində əməkdaşlıq və dialoqun genişləndirilməsi istiqamətində Azərbaycan bir sıra prioritetlər irəli sürmüşdür. Təşkilatın sıraları genişləndirilmiş, Assambleyada müşahidəçi statusu olan beynəlxalq təşkilatların sayı artırılmışdır. Bundan əlavə, təşkilatın büdcəsinin formalaşdırılması ilə bağlı konsensus əldə olunmuş, onun bürosunun fəaliyyəti daha da canlandırılmışdır.
Cenevrəyə səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirildi. Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, eləcə də Bosniya və Herseqovina və Namibiya parlamentlərinin sədrləri ilə danışıqlarda parlamentlərarası əməkdaşlığın inkişafı yolları nəzərdən keçirildi.
Bununla əlaqədar möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirildi, təşkilatın institusional inkişafı və beynəlxalq nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıldı".
Sahibə Qafarova diqqətə çatdırıb ki, oktyabrın 21-də mənim Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüm keçirildi:
"Bu, Parlamentlərarası İttifaq çərçivəsində üçüncü görüş idi. Görüşdə Vaşinqton sammitində əldə olunmuş razılaşmaların və münasibətlərin normallaşması üçün görülən tədbirlərin böyük əhəmiyyəti vurğulandı. Konstruktiv dialoqun davam etdirilməsinin vacibliyi qeyd edildi.
Bu barədə Milli Məclisin mətbuat üçün məlumatı yayılmışdır.
Cenevrədə Parlamentlərarası İttifaqın üzvü olan ölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının növbəti sessiyası da keçirildi. Sessiyada rəqəmsal texnologiyaların parlamentlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunmuşdur. Görüşdə Milli Məclis Aparatının rəhbəri iştirak və çıxış etmişdir.
Hesab edirəm, Cenevrəyə işgüzar səfər uğurlu oldu və bununla əlaqədar mən nümayəndə heyətinin üzvlərinə minnətdarlığımı bildirirəm.
Bildiyiniz kimi, sabah Qubadlı şəhəri günü qeyd olunacaq. Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlər 44 günlük Vətən müharibəsinin şanlı səhifələrindən biridir. Bu gün quruculuq dövrünü yaşayan Qubadlı Qarabağın və Şərqi Zəngəzurun yeni həyatını təcəssüm etdirir".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri