Icma.az
close
up
RU
Cennifer Lopesi yaşından gənc göstərən 3 sirri

Cennifer Lopesi yaşından gənc göstərən 3 sirri

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopes 57 yaşında olmasına baxmayaraq, gənc və baxımlı görünüşü ilə pərəstişkarlarını heyran etməyə davam edir. Sənətçinin yaşından daha gənc görünməsinin sirri yalnız dəriyə qulluqda deyil, həm də düzgün saç rəngi, makiyaj və geyim seçimində gizlənir.

Lent.az xarici mediaya istinadla Cennifer Lopezin daha gənc görünməsinə kömək edən üç gözəllik üsulunu təqdim edir.

1. İsti saç tonları və üzü əhatə edən açıq rəngli tellər

Cennifer Lopes uzun illərdir saçlarında karamel və qızılı çalarlara üstünlük verir. Müğənninin saç rəngində müxtəlif tonların bir-birinə yumşaq keçidi onun görünüşünə xüsusi təravət qatır. Xüsusilə üz ətrafındakı açıq rəngli saç telləri üz cizgilərini daha yumşaq göstərir və dərinin rəngini vizual olaraq canlandırır.

Mütəxəssislərin fikrincə, isti saç tonları xüsusilə neytral və isti dəri alt tonlarına malik qadınlara yaraşır. Çox tünd və eyni rəngdə olan saçlar isə bəzi hallarda üzdəki qırışları və kölgələri daha nəzərəçarpan edə bilər. Bu effekti əldə etmək üçün saçları tamamilə sarıya boyamaq vacib deyil. Üz ətrafındakı bir neçə saç telini açmaq və ya balayaj üsulundan istifadə etmək kifayətdir.

2. Qalın makiyaj əvəzinə təbii və parlaq dəri

Cennifer Lopesin gözəllik üslubunun əsas xüsusiyyətlərindən biri də parlaq və canlı görünən dərisidir.

Müğənni ağır, qalın tonal vasitələr əvəzinə daha yüngül teksturalı kosmetik məhsullara üstünlük verir. Onun makiyajında yumşaq konturlama, zərif işıqlandırıcı və isti rənglər mühüm yer tutur.

Qalın və tam mat tonal kremlər bəzən dərinin xırda qırışlarında toplanaraq onları daha qabarıq göstərə bilər. Yüngül və təbii parlaqlıq verən məhsullar isə işığı əks etdirərək dərini daha hamar göstərir. Lopez makiyajında bürünc rəngli göz kölgələrindən, yüngül ənlikdən və təbii tonlarda dodaq parıldadıcısından da istifadə edir.

Bu görünüşü təkrarlamaq istəyən qadınlar yüngül tonal krem seçə, yanaq sümüklərinə az miqdarda işıqlandırıcı çəkə və göz makiyajında isti çalarlardan yararlana bilərlər.

3. Beli vurğulayan və bədən quruluşuna uyğun geyimlər

Cennifer Lopesin gənc və enerjili görünməsində geyim seçimi də mühüm rol oynayır. Müğənni adətən bədən quruluşunu gizlədən, həddindən artıq geniş və çoxsaylı detallarla yüklənmiş geyimlərdən uzaq durur. O, qırmızı xalça mərasimlərində daha çox beli vurğulayan, çiyinləri açıq saxlayan, dərin yaxalıqlı və ya ayaq hissəsində kəsiyi olan libaslarla görünür.

Bel xəttinin nəzərə çarpması bədən quruluşunu daha mütənasib göstərir. Şaquli xətlər isə boyu vizual olaraq uzadır. Eyni rəngin müxtəlif çalarlarından ibarət geyimlər və hündürdaban ayaqqabılar da bu effekti gücləndirə bilər.

Mütəxəssislər hesab edirlər ki, düzgün seçilmiş geyim insanın görünüşünü əhəmiyyətli dərəcədə dəyişə bilər. Bunun üçün bahalı paltarlara ehtiyac yoxdur. Əsas məsələ bədən quruluşuna uyğun biçim, düzgün rəng seçimi və detallarda tarazlığı qorumaqdır.

Cennifer Lopesin üslubu göstərir ki, gənc görünmək üçün yalnız kosmetik prosedurlara güvənmək lazım deyil. Saç düzümü, makiyaj və geyimdə edilən kiçik dəyişikliklər də görünüşü daha təravətli və baxımlı edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri