CENTCOM Hörmüzdəki vəziyyəti açıqladı
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Silahlı Qüvvələri may ayının əvvəlindən bəri təxminən 1000 gəminin Hörmüz boğazından keçməsinə köməklik göstərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki hesabında bəyanat yayıb.
“May ayının əvvəlindən CENTCOM qüvvələri bu dar su keçidindən təxminən 1000 gəminin təhlükəsiz keçməsinə və 500 milyon barrel xam neftin daşınmasına kömək edib”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla bütün istiqamətlərdə atəşkəs haqqında memorandum imzalansa da, iyulun 8-də ABŞ İranın Hörmüz boğazında təhlükəsizliklə bağlı razılaşmaları pozmasını əsas gətirərək kütləvi zərbələri bərpa edib.
???? CLAIM: After recently threatening and attempting to attack commercial vessels and innocent mariners transiting the Strait of Hormuz, Iran’s Islamic Revolutionary Guard Corps (IRGC) continues to claim that international mariners should only use routes the IRGC prefers.
— U.S. Central Command (@CENTCOM) July 29, 2026
✅… pic.twitter.com/oBDORcEvGN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 29 İyul 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















