CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 17 oktyabr, AZƏRTAC
ABŞ hərbi qüvvələri İranın 25 milyard dollar dəyərində xam neft ixracının qarşısını alıb, həmçinin 350 milyon dollar dəyərində kriptovalyuta aktivlərinin dondurulmasına kömək edib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper videomüraciətində bildirib.
Onun sözlərinə görə, maliyyə məhdudiyyətləri İranın silahlı qrupları maliyyələşdirmək və hərbi infrastrukturunu bərpa etmək imkanlarını zəiflədib.
Kuper qeyd edib ki, ABŞ-nin təzyiqləri İranın neft ixracına, rəqəmsal maliyyə əməliyyatlarına və təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsinə təsir göstərib. Onun iddiasına görə, ölkədə bir sıra sektorlarda maaşların, pensiyaların və müavinətlərin ödənilməsi də gecikdirilir.
Admiral əlavə edib ki, maliyyə çətinlikləri İranla əlaqəli silahlı qruplara da təsir edir.
Kuperin sözlərinə görə, ABŞ-nin İranın dəniz ticarətinə tətbiq etdiyi blokada qüvvədə qalır. Humanitar yardımlar isə məhdudiyyətlərdən istisna təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 17 Oktyabr 2026 07:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















