Icma.az
close
up
RU
Cənubda ev quşları kütləvi tələf olur təhlükəli virus yayılır?

Cənubda ev quşları kütləvi tələf olur təhlükəli virus yayılır?

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın cənub bölgəsində ev quşlarının, xüsusilə də toyuqların kütləvi şəkildə tələf olması ilə bağlı narahatedici məlumatlar yayılır. Lənkəran və Cəlilabad rayonlarının bir sıra kəndlərindən daxil olan məlumatlara görə, son günlər fərdi təsərrüfatlarda quşlar naməlum səbəbdən qısa müddət ərzində ölür.

Yerli sakinlərin sözlərinə görə, xəstəlik əvvəlcə quşların halsızlaşması, yemdən kəsilməsi və hərəkətsiz qalması ilə başlayır. Bir neçə saat və ya bir neçə gün ərzində isə toyuqlar tələf olur.

Ən narahatedici məqamlardan biri odur ki, bir təsərrüfatda xəstəlik aşkarlandıqdan sonra çox qısa müddətdə bütün quşlar məhv olur.

Sakinlər bildirirlər ki, müxtəlif dərman preparatlarından və dezinfeksiya tədbirlərindən istifadə etsələr də, bu, xəstəliyin qarşısını almağa kömək etmir. Nəticədə kənd təsərrüfatı ilə məşğul olan ailələr ciddi maddi zərərlə üzləşirlər.

Musavat.com-a daxil olan məlumatlara əsasən, analoji hallar yalnız Lənkəranda deyil, Cəlilabadın da bir sıra kəndlərində müşahidə olunur. Son günlər sosial şəbəkələrdə kənd sakinləri tərəfindən “bütün toyuqlarımız qırıldı”, “heç bir dərman təsir etmir, hər gün bir neçə quş ölür” məzmunlu çoxsaylı paylaşımlar edilib. Bununla belə, həmin məlumatların rəsmi şəkildə təsdiqi hələlik yoxdur.

Mütəxəssislər bildirirlər ki, belə əlamətlər müxtəlif yoluxucu xəstəliklər zamanı müşahidə oluna bilər. Bunlara yüksək patogen quş qripi, Nyukasl xəstəliyi, pasterellyoz, infeksion laringotraxeit və digər virus və bakterial infeksiyalar daxildir. Dəqiq diaqnoz yalnız laborator müayinələrdən sonra qoyula bilər. Baytarlıq mütəxəssislərinin fikrincə, quşlarda kütləvi tələfat müşahidə edildiyi halda ölən quşlar satılmamalı və istehlak edilməməlidir. Təsərrüfatdan digər quşların çıxarılması dayandırılmalı, quşların saxlanıldığı yerlər dezinfeksiya edilməlidir.

Qeyd edək ki, Azərbaycan son illərdə köçəri quşların miqrasiyası dövründə bir neçə dəfə yüksək patogen quş qripi riski ilə bağlı monitorinqlər aparıb. Bu səbəbdən ev quşlarında baş verən kütləvi tələfat halları həmişə xüsusi nəzarətdə saxlanılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti baytarlıq qurumları tərəfindən Lənkəran və Cəlilabad rayonlarında baş verən hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

E.Məmmədəliyev,
Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri