Icma.az
close
up
RU
Cənubi afrikalı pedaqoq: Şamaxıda öyrənmək istədiyim vacib mövzulardan biri yaşıl kurikulumdur

Cənubi afrikalı pedaqoq: Şamaxıda öyrənmək istədiyim vacib mövzulardan biri yaşıl kurikulumdur

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şamaxı, 26 avqust, AZƏRTAC

Mən Cənubi Afrikadanam. Bizim 11 rəsmi dilimiz və doqquz bölgəmiz var. Mən isə KvaZulu-Natal bölgəsindənəm. COP29 üzrə yay düşərgəsində iştirak etmək mənim üçün böyük fürsətdir. Burada yeni biliklər, pedaqoji bacarıqlar və əməkdaşlıq imkanları əldə edəcəyimə ümid bəsləyirəm ki, geri qayıdanda məktəblərimizdə və qeyri-hökumət təşkilatlarımızda bu bilikləri tətbiq edək, icmalarımızı, şagirdləri və hər kəsi maarifləndirək. İnsanlar iqlim dəyişikliyi deyilən bu fenomeni praktiki olaraq dərk etməlidirlər.

Bu barədə AZƏRTAC-a müsahibəsində “COP29 İqlim Dəyişmələri üzrə ikinci yay düşərgəsi”nin iştirakçısı, Cənubi Afrikanın KvaZulu-Natal bölgəsinin “Shea Oconor Combine School”un nümayəndəsi Simangaliso Dhalmini deyib.

“Şamaxıda öyrənmək istədiyim ən vacib mövzulardan biri yaşıl kurikulumdur. Bu, şagirdləri, müəllimləri, təhsil işçilərini, qeyri-hökumət təşkilatlarını və dövlət nümayəndələrinin fəaliyyətini gücləndirəcək. Hazırda dünyada iqlim üzrə müxtəlif siyasətlər mövcuddur, amma onlar praktikada nəticə vermir. Bizə yerlərdə fəaliyyət göstərən insanlar lazımdır ki, bu işləri real həyata keçirsinlər. Bu, günəş panellərinin quraşdırılması, orqanik tərəvəzlərin əkilməsi, meşələrin qırılmasının qarşısının alınması, ekoloji baxımdan daha təmiz yanacaqdan istifadə edilməsi və bütün bu tədbirlərin həyata keçirilməsinə nail olmaqdır. Dünya sürətlə dəyişir, amma biz hələ də bu dəyişikliklərə uyğun addımlar atmaqda gecikirik.

Mən buradan əldə edəcəyim bilik və pedaqoji bacarıqları qeyri-hökumət təşkilatlarına və icmalara çatdırmaq istəyirəm. Çünki universitetlərə gedə bilməyən, formal təhsil ala bilməyən insanlar da bu bacarıqlardan faydalana bilsinlər. Mənim əsas məqsədim budur.

Şamaxı heyrətamiz dərəcədə gözəldir. Leyla Həsənovanın, COP29 Sədrliyinin, gənclər düşərgəsinin və bütün təşkilat komandasının işini xüsusi vurğulamaq istəyirəm. Onlar hər kəsi bu tədbirə dəvət etdilər, çünki iqlim dəyişikliyi problemi yalnız müəyyən insanlara təsir etmir – bu, hamımıza aiddir. Belə bir fikir var: “Fillər döyüşəndə ot daha çox zərər görür”. Bu o deməkdir ki, resursları məhdud olan ölkələr daha çox zərbə alacaq.

Bizə güclü insanlar deyil, bir-birinə dəstək olan insanlar lazımdır. Əllərimizi birləşdirib irəliyə doğru birlikdə hərəkət etməliyik. Mən həmişə deyirəm ki, bizə həqiqətən qayğı göstərən insanlar lazımdır. İnsanlar başqalarının birlikdə çalışdığını, bir-birinə qayğı göstərdiyini görəndə, onlar da bu prosesə qoşulur.

Bu, həqiqətən də möhtəşəm bir tədbir olub. Burada olmaqdan çox məmnunam. Özümü öz ölkəmdə olduğum kimi hiss edirəm, amma ən vacib məqam burada qurulan qarşılıqlı əlaqələr, aparılan müzakirələrdir. Hava limanından səhər yeməyinə qədər həmkarlarıma da dedim ki, bizə güc arxasınca qaçmayan, əməkdaşlıq edə bilən insanlar lazımdır. Çünki həqiqi güc birlikdə işləyəndə ortaya çıxır.

Bu tədbirdə əməkdaşlıq edən, uğurlu olmasına töhfə verən hər kəsə təşəkkür edirəm”, - deyə Simangaliso Dhalmini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Avqust 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri