Cənubi afrikalı dissident yazıçı vəfat edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Cənubi afrikalı dissident yazıçı və şair Breyten Breytenbax 85 yaşında Parisdə vəfat edib.
APA xarici mediaya istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Qeyd edək ki, B.Breytenbax Cənubi Afrikanın qərbi Keyp vilayətində anadan olub. O, nəzm və nəsrlə yanaşı təsviri sənətlə də məşğul olub və rəsmləri dünyanın müxtəlif yerlərində nümayiş edilib.
B.Breytenbax irqi ayrı-seçkiliyin qatı əleyhdarı olub. 1975-ci ildə vətəninə gizli səfərdə olarkən Nelson Mandelanın o vaxtlar qanundankənar sayılan Afrika Milli Konqresi qrupuna yardım etdiyinə görə həbs edilib və yeddi il azadlıqdan məhrum olunub. Azadlığa çıxdıqdan sonra yenidən Parisə qayıdaraq yaradıcılığını və ideoloji təbliğatını davam etdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















