Icma.az
close
up
RU
Sahibkarlıq səhvlərlə öyrənmək sənətidir

Sahibkarlıq səhvlərlə öyrənmək sənətidir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

"Qadınların dəyişdirə bilməyəcəyi heç nə yoxdur"

Bu gün bütün sahələrdə,  öz fəaliyyəti ilə dinamik inkişafda yer alan  qadınlarımız sahibkarlığın inkişafına da töhfə verməkdədir. Sahibkarlıq isə yalnız biznes qurmaq deyil, həm də dövlətə fayda, cəmiyyətə dəyər qatmaqdır. Ölkəmizdə qeyd olunan 25 aprel -  Sahibkarlar günü ərəfəsində bu misiyyanı yerinə yetirənlərdən biri ilə həmsöhbət olduq.  Müsahibimiz  tibb üzrə fəlsəfə doktoru, dosent, “Kontinental” şirkətin təsisçisi, YAP-ın üzvü, Tərəqqi medallı sahibkar Afət Həsənovanın ugur hekayəsi qadınların iqtisadi və sosial həyatda artan rolunu təcəssüm etdirir.

– Afət xanım, günümüzdə qadınların sahibkarlıq fəaliyyətində iştirakı dünya miqyasında artmaqdadır. Azərbaycanda bu sahədə durumu necə qiymətləndirmək olar?

– Həyatımızın ən müxtəlif sahələrində mühüm  rol oynayan qadınlar qlobal miqyasda sahibkarlıqda da geniş yer almaqdadırlar. Qeyd etdiyiniz kimi inkişaf tendensiyası üzrədir. Dünya Bankının 2023-cü il hesabatına əsasən, dünyada kiçik və orta bizneslərin 34%-i qadınlara məxsusdur. Azərbaycanda isə bu rəqəm təqribən 21%-dir. Bu rəqəm postsovet məkanında müsbət göstəricilərdən hesab olunur. Lakin dövlətin bu istiqamətdə   həyata keçirdiyi ardıcıl proqramlar, qadın sahibkarlığına verilən önəm göstərir ki, hədəfimiz daha yüksəkdir. Hazırda əsasən ticarət, xidmət və kənd təsərrüfatı sahələrində qadınların üstünlük təşkil etdiyi müşahidə olunur. İKT, sənaye və istehsalat kimi sahələrdə isə qadın sahibkarların yer alması nisbətən azdır. 

Bu vaxtadək Azərbaycan hökuməti qadınların iqtisadi fəallığını artırmaq, qadın inkişafına dəstək olmaq məqsədilə bir sıra proqramlar, layihələr  həyata keçirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gender bərabərliyi və qadınların hüquqlarının müdafiəsi istiqamətində qəbul edilən strateji sənədlər, qanunvericilik aktları, o cümlədən “Azərbaycan Respublikasında Gender Bərabərliyinə Nail Olunması üzrə Milli Fəaliyyət Planı” bu sahənin institusional əsaslarını formalaşdırmışdır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, eləcə də vətəndaş cəmiyyəti qadın sahibkarlığının təşviqində fəal rol oynayırlar. Onların təşkil etdiyi təlimlər, forumlar, maliyyə dəstəyi proqramları və biznes inkubatorları sayəsində qadınlar öz potensiallarını, ideyalarını reallaşdırmaq və dayanıqlı biznes modelləri qurmaq imkanı əldə edirlər. Bu siyasət birmənalı şəkildə sahibkarlıqda yer almaq istəyən gənc xanımlara ciddi dəstək verir. Bu gün sözügedən sahəyə ayrılan diqqət, görülən işlər, həyata keçirilən silsilə tədbirlər gələcək üçün də ümidverici şərait yaradır,  desəm yanılmaram. 

–  Bütün bunlarla yanaşı, sizcə qadınların sahibkarlıq fəaliyyətinə maneçilik yaradan hansı nüanslar var? 

–  Əvvəla onu deyim ki, istənilən maneəni dəf etmək olar. Yetər ki,  qarşında  məqsədin olsun və əzmlə hədəfə  doğru irəliləyəsən.  İndi isə keçək suala.  Qadınların sahibkarlıq fəaliyyətinə  nə mane olur? İlk növbədə, kapital resurslarına çıxış, qadınların bank kreditləri və investisiya imkanlarına çıxışı kişilərlə müqayisədə 20-30% azdır.

Bundan başqa , diqqətinizi sosial stereotiplərə çəkmək istərdim. Ailə, cəmiyyət və peşə arasında balans yaratmaq bəzən asan olmur. Bu balans qadınlara əlavə yük, qayğı yaradır. Mənə elə gəlir ki, məhz bu mövzu ilə bağlı xüsusi maarifləndirici proqramlara ehtiyac var. Eyni zamanda fikrimcə, mentorluq və şəbəkələşmə də yetərli deyil. Peşəkar insanların şəxsi təcrübələrini paylaşmasına, təcrübə mübadiləsi, əməkdaşlıqların artırılmasına həmişə ehtiyac var. Təcrübələr hər zaman motivasiya, inkişaf mənbəyidir. Bəzən qadın sahibkarın təcrid olunmuş şəkildə fəaliyyət göstərdiyini də görürük. Bu təbii ki, onların böyüməsini, inkişaf imkanlarını məhdudlaşdırır.

  - Bir vaxtlar qadınlar daha çox  təhsildə, səhiyyədə üstünlük təşkil edirdilər. Bu gün fərqlidir, ən müxtəlif sahələrdə, bütövlükdə özəl sektorda qadın zəhməti, qadın rolu bəlli  çəkiyə malikdir... 

–  Azərbaycan dünyəvi dövlət, biz isə dünyəvi dövlətin vətədaşlarıyıq. Hər şey ölkənin, dövlətin prioritet məsələlərinə uyğun şəkildə inkişaf edir, tənzimlənir. Göründüyü kimi dövlətin strategiyası qadınların iqtisadi fəallığını artırmağa yönəlib. Bunun nəticəsidir ki, özəl sektorda günü-gündən qadın əməyi, qadın rolu güclənməkdədir. Bu təkcə gender balansının düzənlənməsi üçün deyil, həm də qadınların liderlik və innovasiya bacarıqlarını reallaşdırmaq üçün vacibdir. Tədqiqatlar göstərir ki, qadınların iştirakı olan komandalar daha sabit və sosial məsuliyyətli qərarlar qəbul edir. Bu, müəssisələrin, biznes strukturların davamlılığı baxımından da mühüm faktordur.

 – Elm adamı olmaqla yanaşı sahibkarlıq yükünü daşımaq çətin olmadımı?

- Əlbəttə, çətinliklər oldu. Elmi mühit daha sabit, analitik və strukturlaşdırılmışdır. Sahibkarlıq isə dinamik və qeyri-müəyyənliklə doludur. Ancaq bu fərqlilik özü maraqlılığı ilə məni cəlb etdi. Hər gün yeni qərarlar, yeni insanlar və yeni risklər, müxtəlif yeniliklər... Bu ritm sanki  mənim üçün ikinci laboratoriya oldu. Elm mənə dərinlik və sistem verdi, sahibkarlıq isə çeviklik və cəsarətə sövq etdi.  Eyni zamanda ailə, uşaq, ev qayğıları...  Əlbəttə, bu qədər məsuliyyəti eyni anda daşımaq bir qadın üçün asan deyil, amma olduqca şərəflidir. 

– Sahibkarlıq sahəsində ən çox dəyər verdiyiniz prinsiplər hansılardır?

- Ən birincisi – etibar. İnsanlar sizə sağlamlıqlarını, ailələrini, pullarını, dolanışığını etibar edir. İkinci prinsip – dayanıqlılıqdır. Qısamüddətli uğurlar və görüntü naminə fəaliyyət məni maraqlandırmır. Mən uzunmüddətli, insanların həyatına təsir edəcək, dəyər yaradacaq fəaiyyətin  tətəfdarıyam. Və nəhayət – təkmilləşmə ən vacib prinsipdir. Biz tutduğumuz mövqedən asılı olmayaraq hər zaman öz üzərimizdə işləməli, yeni tendensiyalara, yeniliklərə uyğunlaşmalı, özümüzü yenidən ixtira etməyi bacarmalıyıq. 

–   Gənc sahibkarlara, xüsusilə də gənc xanımlara nə tövsiyə edərdiniz?

- Hesab edirəm ki, bugünün gəncliyi dövrə uyğun olaraq daha təşəbbüskar, daha praqmatikdir. Onlar sabahımızın idarəçiləri və liderləridir. Onlara deyərdim ki, heç vaxt “hazır olmadığınızı” düşünməyin. Heç vaxt “bəlkə alınmaz” deməyin. Sahibkarlıq – səhvlərlə öyrənmək sənətidir. Əgər ideyanız varsa və ona inamınız varsa – başlayın. Və unutmayın: qadınların dəyişdirə bilməyəcəyi heç nə yoxdur.

Havar ŞƏFİYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Aprel 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri