Icma.az
close
up
RU
Cənubi Asiya gərginliyinə Çin də qoşula bilər

Cənubi Asiya gərginliyinə Çin də qoşula bilər

Icma.az bildirir, Tribuna portalına istinadən.

Hindistan və Pakistan arasında müharibə qlobal güc uğrundadır.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, iqtisadi cəhətdən Hindistan üstün olsa da, hərbi baxımdan Pakistandan ehtiyat edir, qorxur:

“Hindistan son illərdə hərbi texniki və iqtisadi cəhətdən müəyyən inkişafa nail olub. Baş nazir N. Modi millətçi və islamafob sistem qurub. Kəşmirin muxtariyyətini ləğv edərək, regionun hüquqlarını ləğv edib. Hindistana ABŞ kifayət qədər sermayə qoyub. ABŞ maşın və texnoloji şirkətlər Çini tərk edərək, Hindistana köçüb. Bu da Hindistan iqtisadiyyatının inkişafına mühüm töhfələr verir.

Pakistanda isə siyasi və sosial problemlər, həmçinin Bellucların artan silahlı terror fəaliyyəti İslamabadı kifayət qədər zəiflədir. Pakistanın hərbi büdcəsi 8 milyard dollara yaxındır. Bu da Hindistanın hərbi büdcəsindən kifayət qədər azdır. Buna baxmayaraq Pakistan ordusu kifayət qədər güclüdür və Hindistanın hərbi təcavüzünün qarşısını almağa qadirdir. Ona görə də Hindistan Pakistana qarşı hərbi əməliyyatları genişləndirməkdən yayınır.

Hindistan iqtisadiyyatı və hərbi sənayesinin inkişafı millətçi N.Modini Pakistana qarşı hərbi əməliyyatlar keçirməsinə sövq edib. Həmçinin Pakistan və Çin əlaqələrinə zərbə vurmağa çalışır. Bununla regionda öz mövqeyini gücləndirməklə, beynəlxalq aktor olmağı hədəfləyir. Bunun üçün Pakistan üzərində hərbi qələbəni təmin etməyə çalışır. Amma baş verəcək müharibə hər iki tərəfin üstünlük əldə etməsinə gətirib çıxarmayacaq”.

M. Əsədullazadə bildirib ki, əgər Hindistan Pakistana quru əməliyyatları həyata keçirərsə, müəyyən ərazilərdə irəliləyişlər əldə edərsə, Çin müharibəyə qarışa bilər:

“Qeyd edim ki, Pakistanın paytaxtı strateji yerdə deyil, Kəşmirin yaxınlığında yerləşir. Bu da Hindistana birbaşa paytaxtı vurmaq imkanı verir. Hindistan Pakistan müharibəsində daha çox Rusiya maraqlı görünür. Bunun üçün Hindistana ciddi dəstək verir. Yeni müharibə diqqəti Rusiya-Ukrayna müharibəsindən yayındıracaq.

Hindistan Pakistana geniş miqyaslı hərbi əməliyyatlardan çəkinir. Çünki müharibə olacağı təqdirdə Hindistanın qonşuları Pakistanı dəstəkləyəcək. Hindistan demək olar ki, bütün qonşuları ilə problem yaşayır.
Çin və Türkiyə bu müharibədə Pakistanın məğlub olmasına imkan verməyəcək”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see306

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see273

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see269

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see268

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see260

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see258

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see251

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see251

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see242

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see233

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see231

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see218

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see215

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see214

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see213

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see211

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see201

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see200

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri