Icma.az
close
up
RU
Cənubi Asiyada vəziyyət gərginləşir İki nüvə dövləti qarşı qarşıyadır

Cənubi Asiyada vəziyyət gərginləşir İki nüvə dövləti qarşı qarşıyadır

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Cənubi Asiyada gərginlik kritik həddə çatıb. Hindistan və Pakistan arasında gərginlik hərbi qarşıdurma mərhələsinə keçib. Nüvə silahına sahib iki ölkə arasında baş verən bu qarşıdurma təkcə sərhəd toqquşması deyil, həm də regional və qlobal təhlükəsizlik üçün ciddi təhlükə kimi qiymətləndirilir.


Müharibənin ilk saatlarında həm hava, həm də quru sərhədlərində silahlı qarşıdurmaların baş verdiyi bildirilir. Regionda yaşayan mülki əhalinin təxliyəsi ilə bağlı xəbərdarlıqlar səsləndirilib.


Münaqişənin mümkün miqyası və nəticələri ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, bölgədə sabitliyi pozan əsas amillərdən biri Hindistanın adekvat olmayan siyasət nümayiş etdirməsidir. Onun sözlərinə görə, Pakistan daim məsuliyyətli bir aktor kimi çıxış edir və diplomatik həll yollarını dəstəkləyir.


T.İsmayılov vurğulayıb ki, Kəşmir məsələsində Pakistanın mövqeyi beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanır. 


O, Hindistanın Kəşmirin xüsusi statusunu ləğv etməsinin regionda gərginliyi daha da artırdığını bildirib:

“Pakistan bu addımı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün ardıcıl şəkildə diplomatik fəaliyyət göstərib. İslamabad bölgədə sülhün bərqərar olunması üçün bir neçə dəfə dialoq təklif etsə də, Hindistan bu çağırışlara biganə qalıb”.


Politoloq əlavə edib ki, Pakistan ordusu öz sərhədlərini müdafiə etməklə yanaşı, regionda sabitliyin pozulmaması üçün maksimal təmkin göstərir:

“Hindistanın təxribat xarakterli hərbi manevrləri bölgədə balansı pozur və silahlanma yarışını qızışdırır, Pakistan isə əksinə, müdafiə yönümlü siyasəti ilə daha çox sülh tərəfdarı olduğunu sübut edir”.


Politoloq vurğulayıb ki, Hindistanın apardığı təbliğatla Pakistanı hədəfə alması konstruktiv münasibətlərin qurulmasına mane olur. “Pakistan isə bu təbliğat savaşına qarşı daha çox diplomatik və sivil metodlarla cavab verir. Hindistan mediasının təhrikedici mövqeyi iki ölkə xalqları arasında düşmənçilik toxumu səpir. Pakistan xalqı isə qarşı tərəfdəki insanlara qarşı düşmənçilik deyil, ədalətli münasibət istəyir”, – deyə o bildirib.


T.İsmayılov regionda sülhün yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquq normalarına əməl etməklə mümkün olduğunu deyib. O əlavə edib ki, Pakistan bu prinsipə sadiq qalaraq gərginliklərin danışıqlar yolu ilə həllini dəstəkləyir: "Hindistanın regional ambisiyaları və hegemonluq iddiaları Cənubi Asiyada ciddi təhlükə mənbəyidir. Pakistan balanslı və çoxtərəfli əməkdaşlıq modelini irəli sürür. Bu model sülhə, sabitliyə və inkişaf edən regiona aparan yeganə yol kimi görünür. Ədalət, bərabərlik və dialoq prinsiplərinə sadiq Pakistan beynəlxalq ictimaiyyətin dəstəkləməli olduğu mövqe sərgiləyir”.


Müharibənin genişlənməsi ehtimalına toxunan politoloq bildirib ki, əgər Hindistan və Pakistan arasında müharibə qısa müddətdə dayandırılmasa, bu, sadəcə iki ölkənin deyil, bütün Cənubi Asiyanın təhlükəsizliyinə birbaşa təhdid olacaq. Onun fikrincə, hər iki ölkənin nüvə silahına sahib olması vəziyyəti son dərəcə riskli və qeyri-müəyyən edir:

"Bu münaqişə təkcə Kəşmir bölgəsiylə məhdudlaşmaya, eyni zamanda sərhədyanı ərazilərə, hava və dəniz qüvvələrinə də yayılaraq miqyasını genişləndirə bilər”.


Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri