Icma.az
close
up
RU
Cənubi Koreya Metaya 15 milyon dollarlıq cərimə tətbiq edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Cənubi Koreya Metaya 15 milyon dollarlıq cərimə tətbiq edib Xəbər saytı Son xəbərlər və Hadisələr

Cənubi Koreya Facebook-un sahibi olan Metaya istifadəçi məlumatlarını qanuni əsas olmadan topladığı və reklamçılara ötürdüyü üçün 15,67 milyon dollar məbləğində cərimə kəsib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Meta, təxminən 980 min cənubi koreyalı Facebook istifadəçisinin din, siyasi baxış və cinsi orientasiya kimi həssas məlumatlarını istifadəçilərin razılığı olmadan əldə edib.

Komissiya bu məlumatların təxminən 4.000 reklamçı tərəfindən istifadə edildiyini bildirib. Metanın Koreyadakı nümayəndələri isə bu mövzuda şərh verməkdən imtina ediblər.

Komissiya əlavə olaraq Metanın istifadəçilərin bəyəndiyi səhifələr və kliklədiyi reklamlar kimi davranış məlumatlarını analiz edərək, həssas məlumatlara əsaslanan reklam məzmunu hazırladığını qeyd edib. Metanın istifadəçilərin şəxsi məlumatlara çıxış tələblərini haqsız olaraq rədd etdiyi və təxminən 10 cənubi koreyalı istifadəçinin məlumatlarının sızmasının qarşısını ala bilmədiyi də vurğulanıb.

seeBaxış sayı:56
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri