Cənubi Koreya neft tədarükünü artırdı: 74 milyon barel neft əldə etdi
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Cənubi Koreyanın ABŞ/İsrail-İran müharibəsinin yaratdığı neft tədarükündəki fasilələri kompensasiya etmək üçün may ayı üzrə 74 milyondan çox barel xam neft tədarük etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, prezident aparatının yüksək vəzifəli rəsmisi Kanq Hun-sik mətbuat konfransında bildirib ki, Yaxın Şərqdə artan gərginlik və qeyri-müəyyənliklər fonunda hökumət əlavə enerji təminatı üçün bütün imkanlardan istifadə edir.
Onun sözlərinə görə, may ayı üçün 74,62 milyon barel xam neft tədarük edilib ki, bu da ötən ilin aylıq orta göstəricisinin 87 faizinə bərabərdir.
Kanq həmçinin qeyd edib ki, Afrika və Şimali Amerikadan əlavə idxal hesabına Seulun Yaxın Şərqdən neft asılılığı 69 faizdən 56 faizə enib.
Onun sözlərinə görə, Cənubi Koreya Hörmüz boğazından kənar alternativ dəniz marşrutlarına yönəlib. May ayı üçün planlaşdırılan tədarük çərçivəsində Səudiyyə Ərəbistanından 23,99 milyon barel, Birləşmiş Ərəb Əmirliklərindən isə alternativ yollarla 16 milyon barel neft idxal edilməsi nəzərdə tutulur. Bu addımlar hökumət və özəl sektorun birgə sürətli reaksiyası kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:145
Bu xəbər 24 Aprel 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















