Icma.az
close
up
RU
Cənubi Koreya XİN rəhbəri çinli həmkarından KXDR i dialoqa qaytarmaq üçün səy göstərməsini xahiş edib

Cənubi Koreya XİN rəhbəri çinli həmkarından KXDR i dialoqa qaytarmaq üçün səy göstərməsini xahiş edib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Pekin, 18 sentyabr, AZƏRTAC

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun Pekində çinli həmkarı Van İ ilə görüşdə Çindən Şimali Koreyanı dialoqa qaytarmaq üçün öz rolunu oynamasını istəyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadla xəbər yayıb. Koreyalı nazir ölkəsinin Koreya yarımadasının nüvəsizləşdirilməsi və sülh əldə edilməsi istiqamətində irəliləyişə nail olmaq istədiyini bildirib.

"Nazir Ço Şimali Koreyanın dialoqa qayıtmasını təşviq etmək üçün Çindən dəstək istəyib, çünki Cənubi Koreya danışıqlar və əməkdaşlıq yolu ilə Koreya yarımadasında nüvəsizləşdirmə və sülhə doğru əsaslı irəliləyiş axtarır", - deyə Cənubi Koreya XİN-in açıqlamasında deyilir.

Çin xarici siyasət idarəsinin rəhbəri Van İ rəsmi Pekinin bölgədə sülh və sabitlik üçün konstruktiv rol oynamağa davam edəcəyini söyləyib.

Qeyd edək ki, Çin-Cənubi Koreya danışıqları rəsmi Seulunun ABŞ-Çin rəqabətinin dərinləşməsi fonunda Pekin ilə münasibətləri balanslaşdırmağa, eyni zamanda yeganə müttəfiqi Birləşmiş Ştatlarla möhkəm əlaqələri, Vaşinqton və Tokio ilə üçtərəfli tərəfdaşlığı qorumağa çalışdığı bir vaxtda baş tutub.

Oktyabrın sonunda Cənubi Koreyada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti keçiriləcək. Pekin hələlik təsdiqləməsə də, APEC sammitində Çin lideri Si Cinpinin iştirakı da gözlənilir. Seul hesab edir ki, Si Cinpinin APEC sammitinə səfəri sabit ikitərəfli əlaqələri təsdiqləməyə kömək edəcək və liderlərə Şimali Koreya da daxil olmaqla, qarşılıqlı maraq doğuran əsas məsələləri müzakirə etməyə imkan verəcək.

Xarici işlər naziri Ço Hyun çinli həmkarı ilə görüşdə izah edib ki, Cənubi Koreya ABŞ ilə ittifaqı möhkəmləndirməyə və inkişaf etdirməyə davam etsə də, hökumətin mövqeyi Çin ilə milli maraqlara və praqmatizmə əsaslanan strateji əməkdaşlıq tərəfdaşlığının yetkin inkişafını davam etdirməkdir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri