Icma.az
close
up
RU
Cənubi Koreyada 45 ildən sonra...

Cənubi Koreyada 45 ildən sonra...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezidentin impiçmenti müzakirəyə çıxarılır

6 saatlıq hərbi vəziyyət siyasi gərginliklərə yol açacaqmı?

Qlobal gərginlik artıq Uzaq Şərqə də çatıb. Son günlərdə Cənubi Koreyada baş verən hadisələr göstərir ki, 2024-cü ilin sonuna qədər bu regionda da hansısa “siyasi təlatümlər” gözlənilə bilər. Belə ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında fövqəladə hərbi vəziyyət elan etmişdi. Buna müxalifət tərəfindən ciddi etiraz səsləndirildi və məsələ dekabrın 3-dən 4-nə keçən gecə ölkə parlamentində səsverməyə çıxarıldı. Nəticədə Prezident Yun Sok Yoldan hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul edilib. Cənubi Koreyanın konstitusiyasına əsasən əgər parlament çoxluğu tələb edirsə, hərbi vəziyyət ləğv olunmalıdır. Parlamentin qərarından sonra Prezident Yun Sok Yol kabinetin iclasını keçirib və hərbi vəziyyətin aradan qaldırılması barədə razılıq əldə olunub. Dövlət başçısı dekabrın 4-də yerli vaxtla səhər saat 4:30-da hərbi vəziyyətin ləğv olunduğunu elan edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu isə geri çəkilib. Beləliklə, Cənubi Koreyada təxminən 6 saat davam edən hərbi vəziyyət rejimi başa çatıb. Xatırladaq ki, Cənubi Koreyada 45 ildir hərbi vəziyyət tətbiq edilmir. Prezident Yun Sok Yol hərbi vəziyyətlə bağlı qərarını məhz “Şimali Koreyayönlü qüvvələrlə” mübarizə aparmaq ilə əlaqələndirmişdi.

İmpiçment səsə qoyulacaq...

Hərbi vəziyyət aradan qaldırılsa da, siyasi gərginlik aradan qalxmayıb. Müxalifət baş verənlərin Cənubi Koreya üçün mənfi nəticələri haqda fikir bildirib. Onlar iddia edirlər ki, baş verənlər, xüsusilə hərbi vəziyyət Şimali Koreyanı təhrik edə bilər. Toburo Demokratik Partiyasının sədri Li Jae-myung deyib ki, Koreya Respublikasında hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət KXDR-i “təhrik edə” və Koreya yarımadasında silahlı toqquşmalara səbəb ola bilər. “Toburo” ölkədə hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar prezident Yun Sok Yol və müdafiə naziri Kim Yong-hyunu dövlətə xəyanətdə ittiham etməyi planlaşdırır. Qeyd olunur ki, partiya müvafiq məsələ üzərində işləmək niyyətindədir.

Eyni zamanda, müxalifət partiyaları prezidentin impiçmenti barədə təklif təqdim etmək barədə razılıq əldə ediblər. Normalara uyğun olaraq təklif üzrə səsvermə 24-72 saat ərzində aparılmalıdır. Bu o deməkdir ki, səsvermə dekabrın 6 və ya 7-də keçiriləcək.

Koreya Respublikası Nazirlər Kabinetinin bütün üzvləri baş nazirə altı saatdan az davam edən hərbi vəziyyətin tətbiqindən və ləğvindən sonra istefa vermək niyyətlərini bildiriblər. Bu barədə “Çosun İlbo” qəzeti məlumat yayıb. Baş nazirin ofisi təsdiqləyib ki, Nazirlər Kabineti tam halda istefa vermək istəyini ifadə edib.

Prezident administrasiyasının rəhbərliyi isə ölkədə hərbi vəziyyətin tətbiqi və ləğvi ilə bağlı vəziyyət fonunda istefa verib. “Prezidentin baş katibi də daxil olmaqla, prezident aparatının yüksək vəzifəli şəxsləri istefalarını kollektiv şəkildə elan ediblər”, - məlumatda deyilir.

Xarici səfərlər təxirə salınır, səfirliklər xəbərdarlıq edir...

Baş verənlər beynəlxalq aləmdə də fərqli assosiasiya yaradıb. Belə ki, Avstraliya səfirliyi Cənubi Koreyadakı vəziyyətlə əlaqədar vətəndaşların qəbulunu dayandırıb. Diplomatlar respublikadakı vətəndaşlarına da diqqətli olmağı və insanların sıx olduğu yerlərdən uzaq dayanmağı məsləhət görüb. Müvafiq elan Avstraliya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib. “Cənubi Koreyada vəziyyət daxili siyasi hadisələrə görə dəyişir, nəqliyyatda və digər əsas xidmətlərdə fasilələr ola bilər, xəbərləri izləyin və yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl edin”, - deyə bəyanatda bildirilib. Seuldakı səfirlik açıq olsa da, şəxsi səfərlər və qəbul dayandırılıb.

Cənubi Koreya ilə dostluq əlaqələrini inkişaf etdirmək üçün partiyalararası deputatlar qrupuna rəhbərlik edən Yaponiyanın keçmiş baş naziri Yoşihide Suqa bu ölkəyə səfərini ölkədə hərbi vəziyyətin tətbiqi və sonradan ləğvindən sonra yaranmış vəziyyətlə əlaqədar ləğv edib. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Qeyd edək ki, səfər dekabrın ortalarına planlaşdırılıb. Suqa Cənubi Koreyanı “iqtisadi və təhlükəsizlik baxımından son dərəcə vacib qonşu” adlandırıb. “Kyodo” mənbələrinin məlumatına görə, Cənubi Koreyadakı vəziyyət Yaponiyanın hazırki baş naziri Şiqeru İşibanın 2025-ci ilin yanvarına planlaşdırılan səfərinə də təsir edə bilər.

ABŞ-ın Seuldakı səfirliyi də konsulluq xidmətlərini dayandırıb. Bu barədə diplomatik nümayəndəliyin bildirişində bildirilib: “Prezidentin hərbi vəziyyətin ləğvi barədə bəyanatından sonra vəziyyət qeyri-sabit olaraq qalır”. Bildirişdə o da vurğulanıb ki, səfirlik vətəndaşları izdihamlı yerlərdən və nümayişlərdən çəkinməyə çağırıb. Xəbərdarlıq edib ki, hətta dinc toplanışlar belə qarşıdurmaya çevrilə, zorakı münaqişəyə səbəb olmaq ehtimalı daşıyır. Baş verənlərlə əlaqədar səfirlik Amerika vətəndaşlarının konsulluq məsələləri ilə bağlı, həmçinin viza müraciətlərinin qəbulunu ləğv edir. Diplomatik nümayəndəlik əməkdaşlarının onlayn fəaliyyət göstərilməsinə, övladlarının məktəbə göndərilməməsinə çağırış edilib.

İsveçin baş naziri Ulf Kristersson da Koreya Respublikasına səfərini təxirə salıb. İsveç hökumətinin başçısının səfəri dekabrın 5-nə planlaşdırılmışdı.

Dekabrın 2-dən Koreya Respublikasında səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun təhlükəsizliyi ilə bağlı heç bir təhdid yoxdur. Bunu, Qırğızıstanın müvafiq strukturları bəyan edib.

Baş qərargah rəisi elan etdi...

Koreya Respublikası Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin (KNSH) rəhbəri Kim Myung-soo isə KXDR-in gözlənilən hər hansı müdaxilə cəhdinin  qarşısını almaq üçün tam hazır vəziyyətdə gözləməyin vacibliyini bəyan edib. Bu barədə Yonhap agentliyi məlumat yayıb. “Hərbçilərin əsas prioriteti vətəndaşların müdafiəsi və təhlükəsizliyidir, Şimali Koreyanın “səhvlərə” yol verməməsi üçün yüksək hazırlıq saxlanılmalıdır”, - deyə Kim Myung-soo deyib. Komandirlərlə görüşdə o, həmçinin KXDR-ə qarşı nizam-intizam və sayıqlığın qorunub saxlanmasını əmr edib.

ABŞ bəyanat verdi...

ABŞ dövlət katibi Antoni Blinken Cənubi Koreyada hərbi vəziyyətin aradan qaldırılmasını yüksək qiymətləndirib. Qeyd edilib ki, Vaşinqton administrasiyası Cənubi Koreyada hərbi vəziyyətin ləğvini müsbət qiymətləndirir və ölkə hakimiyyətinin mübahisəli məsələləri sülh yolu ilə həll edəcəyini gözləyir. Blinkenin bəyanatında  o da vurğulanır ki, Birləşmiş Ştatlar Koreya Respublikasında baş verən hadisələri diqqətlə izləyir: “Biz prezident Yun Sok Yolun yekdil rəydən sonra Koreya Respublikasının Konstitusiyasına əsasən hərbi vəziyyət elan etmək əmrini aradan qaldırmasını alqışlayırıq. Biz istənilən siyasi fikir ayrılığının sülh yolu ilə və qanunun aliliyinə uyğun həll ediləcəyini gözləyirik”.

SADİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see314

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see303

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see286

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see264

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see253

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see246

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see195

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see191

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see181

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see178

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see172

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see171

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see171

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see169

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see169

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see167

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see166

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see163

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see157

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri