Icma.az
close
up
RU
Cənubi Koreyada Xocalı soyqırımına dair üçüncü simpozium

Cənubi Koreyada Xocalı soyqırımına dair üçüncü simpozium

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Seul, 26 fevral, AZƏRTAC

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və DGIEA Koreya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş növbəti simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinin binasında Təşklil olunan tədbirdə ölkəmizin Koreyadakı səfiri Ramin Həsənov giriş nitqi ilə açaraq, Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib, onu insanlığa qarşı cinayət adlandırıb.

Ədalət və hüququn bərpası naminə soyqırımı və müharibə cinayətlərinə hüquqi qiymət verilməsinin, onları törədənlərin cəzalandırılmasının əhəmiyyətini vurğulayan səfir bu xüsusda Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini vurğulayıb.

Diplomat qeyd edib ki, 30 il keçəndən sonra Xocalıya ədalətin bərpasında əhəmiyyətli irəliləyişlər əldə edilib.

DGIEA Koreya-Azərbaycan Assosiasiyasının sədri Li Min Yonq Xocalı qətliamanın qurbanlarının dərin kədərlə yad edildiyini qeyd edərək, onların yaxınlarına dözüm və səbir arzulayıb. O qeyd edib ki, belə ağır günlərdə Koreya xalqı özünə dost hesab etdiyi Azərbaycanın yanındadır. Natiq iki ölkə arasında dostluq və tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidini ifadə edib və rəhbərlik etdiyi təşkilatın bunun naminə əlindən gələni edəcəyini vurğulayıb.

Tədbir panel müzakirələri ilə davam edib.

Koreya Respublikasının Bakıdakı keçmiş səfiri Li Eun Yonq ölkəsinin Xocalı faciəsinin yaralarını yaxşı anladığını, dost Azərbaycan xalqının ağrısını bölüşdüyünü, hər iki ölkənin öz tarixində çətin dövrlərdən keçdiyini vurğulayıb. Koreyalı diplomat regionda davamlı sülhün bərqərar olmasının Azərbaycan-Koreya əməkdaşlığının dərinləşməsinə də böyük təkan verəcəyinə əminliyini ifadə edib.

Hankuk Xarici Dillər Universitetinin Beynəlxalq Regionşünaslıq Mərkəzinin professoru, politoloq Qivunq Canq Şuşa Qlobal Media Forumunun daimi iştirakçısı olduğunu bildirərək, Prezident İlham Əliyevin sözügedən tədbirlərdə iştirakını xatırlayıb, O, Forumda iştirak edərkən, işğaldan azad olunmuş əraziləri görmək imkanına malik olduğunu bildirib və həmin ərazilərdə ildən ilə müşahidə etdiyi abadlaşmanı məmnunluqla qeyd edib.

Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Dilləri İnstitutunun professoru Oh Eun Kyunq Xocalı şəhidlərini yad edərək, belə faciəvi gündə Azərbaycan xalqının kədərinə şərik çıxdıqlarını bildirib və ölkəmizə sülh arzulayıb. Türkoloq alim bildirib ki, Avropa və Asiya arasında mühüm körpü və Orta Dəhlizdə aparıcı qovşaq olan Azərbaycana aid mövzuların Koreyada tədris olunnması vacibdir.

Seul Milli Universitetinin Müasir Koreya Ədəbiyyatı departamentinin professoru Banq Min Ho Azərbaycan və Koreyanın xalq ədəbiyyatında müəyyən etdiyi oxşarlıqlardan danışıb, bunun iki xalqın milli-mənəvi dəyərlərinin yaxınlığından xəbər verdiyini vurğulayıb.

Cənubi Koreyada Xocalı soyqırımı ilə bağlı artıq üçüncü dəfə təşkil edilən simpoziumda bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın siyasi, iqtisadi, mədəni, elmi və təhsil dairələrinin nümayəndələri, mətbuat təmsilçiləri və Azərbaycanın diasporunun üzvləri iştirak ediblər.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Seul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri