Icma.az
close
up
RU
Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?

Cənubi Qafqazda müharibə planı: Rusiya və İran nə hazırlayır?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Son günlər Rusiya və İran Zəngəzur dəhlizinə qarşı olduqları barədə siqnallar ötürürlər. Bundan başqa, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva hər zaman İranı və onun qanuni haqlarını dəstəkləyəcək:

Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi mövcuddur. Biz daim İranı və onun qanuni haqlarını müdafiə edəcəyik”.

Bu bəyanat İran–İsrail münasibətləri fonunda suallar doğurur: mümkün gərginlik və ya müharibə halında Rusiya İsraillə qarşıdurmaya girə bilərmi? Sözügedən müqavilə nəyi nəzərdə tutur və bu proses necə dəyərləndirilməlidir?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, həm şimal, həm də cənub qonşularımız vəziyyəti gərginləşdirməyə çalışır:

“Avqustun 8-də Vaşinqtonda imzalanan sənədə, Tramp dəhlizinin açılmasına uzun müddət heç bir reaksiya verilmədiyi halda, indi buna qarşı olduqları ilə bağlı açıqlamalar səsləndirilir. Rusiya da həmin marşrutun Rusiya qazı olmadan işləməyəcəyini vurğuladı. Beləliklə, Rusiya və İran bir daha öz məqsəd və planlarını açıq şəkildə bəyan etdilər.

Rusiya və İran arasında strateji müttəfiqlik mövcuddur. Lakin 12 günlük İsrail–İran müharibəsi zamanı Rusiyanın rəsmi Tehrana real dəstəyinin şahidi olmadıq. İran rəsmiləri bunu açıq şəkildə dilə gətirərək, iki ölkə münasibətlərində müəyyən soyuqluq yaratdılar. Daha sonra həmin sənəd yenidən imzalandı. Guya sabah ABŞ və ya İsrail İrana hücum edərsə, Moskva ona dəstək verəcək. Bu dəstək maksimum silah-sursatla məhdudlaşa bilər. Rusiyanın İranla eyni cəbhədə ABŞ və ya İsrailə qarşı vuruşması isə inandırıcı deyil. Kreml heç vaxt buna getməz.

Bu ritorika əsasən gələcəkdə Cənubi Qafqazda güclənməkdə olan Türkiyə və Türk dünyası birliyini sarsıtmağa hesablanıb. Şimal və cənub qonşularımız prosesə ciddi hazırlaşırlar. Bu baxımdan Türk Dövlətləri Təşkilatı həmin siqnallara ciddi reaksiya verməli və müvafiq tədbirlər görməlidir”.

Elşad Həsənov

Politoloq qeyd edib ki, Azərbaycan–Rusiya münasibətlərinin soyumasının əsas səbəbi AZAL təyyarəsinin vurulması ilə bağlı tələblərimizin yerinə yetirilməməsi və istintaqın nəticəsiz qalmasıdır:

“Eyni zamanda, Rusiyada yaşayan diaspor fəallarımızın şərlənərək həbs olunması, müxtəlif şəhərlərdə diaspor rəhbərlərinin Rusiya vətəndaşlığından məhrum edilməsi, onların əmlaklarına qanunsuz şəkildə əl qoyulması diqqət çəkir. Bütün bunlar onu göstərir ki, Ukraynada müharibə aparan Rusiya çirkin əməllərindən geri çəkilmir.

Əgər Rusiya Ukrayna müharibəsini öz istədiyi kimi başa vuraraq qələbə qazanarsa, növbəti hədəf Cənubi Qafqaz və Azərbaycan ola bilər. Lakin Azərbaycanın güclü ordusu var və Türk dövlətləri birliyi də belə bir hücumun qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu səbəbdən İran və Rusiyanın bir-birinə sədaqəti və bizə qarşı ortaq maneələr yaratması absurddur. Azərbaycanın həyata keçirdiyi diplomatiya öz bəhrəsini verəcək və rəsmi Bakı bütün çətinliklərdən üzüağ çıxacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see371

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see260

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see189

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see183

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see174

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see164

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see160

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see148

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri