Icma.az
close
up
RU
Cənubi Qafqazda soyuq müharibə ssenarisi

Cənubi Qafqazda soyuq müharibə ssenarisi

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

K.Əlioğlu

Regionumuzda geosiyasi ehtiraslar səngimək bilmir. Əksinə, meydana yeni-yeni məqamlar çıxır. Geosiyasi güclərin Cənubi Qafqazda oyun qaydalarını dəyişməyə ciddi cəhdlər göstərdiyi məlum olur. Bu xüsusda kollektiv Qərb və İranın addımları diqqət çəkir. Ekspertlər hər iki gücün fəaliyyətini təhlil edir və proqnozlar verirlər. Bir sıra təhlilçilərin regionda "soyuq müharibə" ssenarisinin gündəmdə olması ilə bağlı irəli sürdükləri tezis daha çox maraq doğurur. Biz regional geosiyasi proseslər fonunda bu tezisin hansı məna daşıya biləcəyi ilə bağlı təhlil aparılmasına ehtiyac görürük.

Daha həssas təsirlər altında

Son zamanlar ekspertlər Cənubi Qafqazla bağlı geosiyasi təhlillər apararkən qeyri-müəyyənlik və risklərin daha da artdığını bu və ya digər dərəcədə vurğulayırlar. Bu qənaəti onlar regionda bir neçə böyük gücün – kollektiv Qərb, Rusiya və İranın fəallaşması ilə əlaqələndirirlər. Reallıqda regionda proseslər xeyli intensivləşib. Bunu həm siyasi-diplomatik addımların sürətlənməsində, həm də bir sıra praktiki hərbi addımların atılmasında görmək olar. Məsələnin hər iki tərəfinin müşahidəsi göstərir ki, kimliyindən asılı olmayaraq, regiona təsir etməyə çalışan güc öncəki mərhələlərdən daha ehtiyatlı tərpənməyə çalışır. Bu, çox maraqlı geosiyasi dəyişiklikdir. Nələr baş verir ki, əvvəllər daha aqressiv, siyasi sərhədləri və ritorikanı gözləmədən təhdidedici davranışlara üstünlük verən böyük güclər indi "yumşaq davranmağa" üstünlük verirlər?

Hər şeydən öncə, indi hər kəs anlayır ki, Cənubi Qafqazın söz sahibi Azərbaycan-Türkiyə tandemidir. Bir tərəfdən, Azərbaycanın dinamik inkişafı, xarici siyasətdə atdığı rasional, praqmatik və konstruktiv addımlarla təsiredici regional aktora çevrilməsi, digər tərəfdən isə, bütün maneələrə baxmayaraq, Türkiyənin qlobal gücə çevrilməyin astanasında olması bəzi dairələri daha çevik və daha ehtiyatlı mövqe tutmağa sövq edir.

Başqa səbəb kimi regionun özünün geosiyasi proseslərə daha həssas reaksiya vermək vəziyyətinə gəlməsini göstərmək olar. Bu durum, əsas olaraq, Rusiya-Ukrayna müharibəsinin daha da kəskinləşməsi, İsrail-Fələstin münaqişəsinin, faktiki olaraq, səngimək mərhələsinə qədəm qoyması, Suriyada böyük dəyişikliklərin baş verməsi və Donald Trampın Amerika Prezidenti seçilməsi kimi dörd hadisənin nəticəsində yaranıb. İstər-istəməz Cənubi Qafqaz baş verənlərə yüksək həssaslıqla reaksiya verir ki, özünü mümkün təhdidlərdən və təhlükələrdən sığortalaya bilsin.

Nəhayət, Cənubi Qafqazın geosiyasi həssaslığı rəsmi İrəvanın absurd iddialarına davam etməsi ilə bağlıdır. Nikol Paşinyana elə gəlir ki, qlobal miqyaslı xaotik durumdan Ermənistanın xeyrinə faydalana bilər. Bunun üçün o, yeni səviyyədə Vaşinqton-Brüssel-Moskva-Tehran geosiyasi qarşıdurma sahəsində manevrləri intensivləşdirib. Lakin həmin manevrlər birbaşa Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı olduğundan dərhal əks-reaksiyalar doğurur ki, bu da yeni səviyyədə həssaslığa rəvac verir. Vurğulanan kontekstdə son dövrlərdə müşahidə edilən bir geosiyasi tendensiyanın da üzərində dayanmaq gərəkdir.

Cənubi Qafqazın "soyuq müharibə"si: sifarişçi kimdir?

Ekspertlər yazırlar ki, Cənubi Qafqazda "soyuq müharibə"də marağı olan ölkə İrandır. Tehran bu istiqamətdə son vaxtlar diplomatik fəallığını artırıb. Əsas məqsəd ondan ibarətdir ki, regionda geosiyasi mənzərəni dəyişməyə Tehranın gücü çatmırsa, onu heç olmasa dondurmaq, ənənəvi güc balansını saxlamağa çalışmaq lazımdır. Fakt kimi ekspertlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianın Cənubi Qafqaz turnesi zamanı apardığı danışıqların məzmununu göstərirlər.

Bakıda və İrəvanda aparılan müzakirələrdə Ə.Ə.Əhmədian Tehranın regional miqyasda baş verən geosiyasi hadisələrin hansı cəhətlərindən narahat olduğunu ifadə edib. Onun məntiqi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müəyyən risklərin meydana çıxması ilə əlaqəlidir. Bunu Tehran kənar təsirlərin, başlıca olaraq, kollektiv Qərbin təzyiqlərinin nəticəsi hesab edir. Həmin kontekstdə müəyyən mənada İrəvana xəbərdarlıq edir ki, vurğulanan tendensiya güclənsə və dominant olsa, İran Ermənistanla münasibətlərə yenidən baxa bilər. Buna görə də Ermənistanın da gücsüzlüyünü nəzərə alaraq sülh müqaviləsini bir qədər təxirə salmaq, prosesi yavaşıtmaq və gözləmə mövqeyini daha doğru saydığını bəyan edib.

İran rəsmilərinin bundan sonrakı bəyanatları göstərir ki, Tehran narahatdır. Hətta xarici işlər naziri Abbas Əraqçi Amerikanı təhdid edib. Onun məntiqindən belə anlaşılır ki, İran ABŞ-İsrail cütlüyündən çəkinmir və hər hansı ekstremal situasiyada regionda geniş hərbi əməliyyatlara başlaya bilər.

Qarşı tərəfin nə düşündüyü məlumdur. Onların da mövqeyini nəzərə alsaq, regionda çox təhlükəli proseslərin başlaya biləcəyi haqqında proqnoz vermək olar. "Soyuq müharibə" aspektində məsələnin başqa bir həssas məqamını da unutmamalıyıq.

Qərb və Cənubi Qafqazda "soyuq müharibə"

Ekspertlər həqiqətin yarısını deyirlər. Çünki regional geosiyasi dinamikaya daha geniş kontekstdə nəzər saldıqda görürük ki, Cənubi Qafqazda "soyuq müharibə" sahəsində daha çox təcrübəsi olan kollektiv Qərb də maraqlıdır. Səbəbləri aydındır.

Məsələ ondan ibarətdir ki, İran kimi Qərb də Cənubi Qafqazda geosiyasi-hərbi sferada həlledici söz sahibi deyildir. Nə qədər çox çalışsa da, Qərb regional proseslərə nəzarət edə bilmir. Burada konstruktiv anlamda sifarişçi tamam başqasıdır və o, prosesləri məharətlə irəli aparır. Həmin əsas geosiyasi güc Azərbaycan-Türkiyə tandemi və onunla bir sıra prinsipial regional məsələlərdə həmrəy olan Rusiyadır!

Qəribə də olsa, Tehranla kollektiv Qərbi məhz bu məqam birləşdirir. Eyni zamanda, onlar düşmən olsalar da, yanaşmalarında ortaq məqam Ermənistandan alət kimi istifadə etməkdir! Tehran bunu bir mənada, Qərb başqa mənada təsəvvür edir. Lakin strateji olaraq məqsəd eynidir – regiondan yeni geosiyasi gücləri çıxarmaqla mövcud qüvvələr balansını saxlamaq. Bunun üçün əgər gücləri yetmirsə, heç olmasa, proseslərin gedişini dondurmaq və onu təxirə salmaq strategiyası önə çıxır.

Bununla Cənubi Qafqazın ümumi geosiyasi mənzərəsini təsəvvür etmək mümkün olur. Burada kollektiv Qərb, İran və Azərbaycan-Türkiyə-Rusiya xəttinin ciddi mübarizəsi yeni mərhələyə qalxır. Hələlik aparıcı rolu, başlıca olaraq, Azərbaycan-Türkiyə birliyi oynayır. Lakin Moskva ciddi surətdə ona mane olmur, hətta bir sıra əsas məqamlarda dəstək verir. İran və kollektiv Qərb isə bu ümumi "peyzaja" daxil olmağa çalışırlar. Lakin ikincidərəcəli rol oynayan güc kimi deyil, aparıcı qüvvə olaraq. Burada İranla Qərbi ayıran məsələ kimin konkret üstün mövqedə olmasıdır. Hələlik onların heç biri bununla bağlı başqalarına öz iradələrini qəbul etdirmək iqtidarında deyillər. Ona görə də "soyuq müharibə" şəraitini yaratmaq ön plana çıxarılıb. Bəs Cənubi Qafqazda bunun başlıca əlamətləri və özəllikləri nələrdən ibarətdir?

Nə sülh, nə müharibə: hər ikisinin riski!

İndi elə vəziyyət yaratmaq istəyirlər ki, Cənubi Qafqazda nə davamlı sülhü təmin etmək mümkün olsun, nə də birbaşa hərbi toqquşmalar olsun. Çünki Tehran və kollektiv Qərb savaşın ətraf regionlara da sıçraya biləcəyindən ehtiyatlanırlar. Bu qədər geniş miqyasda isə heç birinin qələbə təminatı verə biləcək imkanı yoxdur. Buna görə də nə sülh, nə də hərb dilemmasına üstünlük verirlər.

Ancaq burada hər iki güc üçün təsir mexanizmi çox vacibdir. Axı, regionda vəziyyət xeyli dəyişikliyə məruz qalıb, ənənəvi təsir mexanizmləri sıradan çıxıb. Bu mərhələdə İranla kollektiv Qərbin fəaliyyətində fərqlər özünü göstərir.

Kollektiv Qərb açıq surətdə Ermənistana təhlükəsizlik, əməkdaşlıq, militarizasiya, digər gücləri regiondan sıxışdırıb çıxarmaq, müəyyən layihələrdə İrəvanı dəstəkləmək və s. kimi vədlər verir. ABŞ-ın strateji tərəfdaşlıq oyunu, Aİ-nin Ermənistanı özünə qatmaq absurd vədi və eyni zamanda, silahlanmada ermənilərə kömək etmək, yeni silahlar vermək kimi neqativ addımları bu qəbildəndir.

İran isə indi bu cür geniş miqyasda oyun oynaya bilmir. Ona görə də onun əsas mexanizmi Ermənistanı hədələməkdən və regionu bütövlükdə müharibə ilə təhdid etməkdən ibarətdir. Fələstin və Suriya hadisələri göstərdi ki, bu aspektdə də Tehranın imkanları xeyli məhdudlaşıb və o, öncəki dövrlərdə olduğu kimi, real vəziyyəti dəyişə bilmir. Ancaq region miqyasında təsirli hərbi fəaliyyət göstərə bilər.

Beləliklə, Cənubi Qafqaz müxtəlif istiqamətlərdən olan geosiyasi və hərbi təsirlərin "çarpaz atəşi" altındadır. Hələlik onu "türk polad qübbəsi" – Azərbaycan-Türkiyə birliyi etibarlı qoruyur! Eyni zamanda, sonsuza qədər belə davam edə bilməz. Ona görə də yeni mərhələdə qüvvələr nisbətinin necə olacağı məsələsi xeyli aktuallaşıb!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see283

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see273

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see271

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see265

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see262

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see257

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see245

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see243

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see242

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see237

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see235

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see230

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see229

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see215

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see213

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see212

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see199

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see194

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see193

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri