Icma.az
close
up
RU
Cənubi Qafqazda müharibə səhifəsi bağlandı

Cənubi Qafqazda müharibə səhifəsi bağlandı

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Dünən ABŞ-ın paytaxtı Vaşinqton şəhərində tarixi hadisə yaşandı. Avqustun 8-də Birləşmiş Ştatların Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri sülh yolunda mühüm addım atdılar.
Newscenter.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir: “Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranmışdı. Nəzərə alaq ki, məhz rəsmi Bakı Ermənistana sülh sazişinin imzalanmasını təklif etmişdi. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması ilə bağlı idi”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən görüşündə ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənərək bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılmışdı: “Prosesin məntiqi davamı olaraq, Vaşinqtonda liderlər tarixi hadisəyə imza atdılar. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanması mühüm hadisədir. İmzalanmış Birgə Bəyannamədə qeyd olunduğu kimi, sülh sazişinin mətninin paraflanması onun imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsini zəruri edir. Liderlər bu prosesi yekunlaşdırmaq üçün siyasi iradə nümayiş etdiriblər”.
Samir Vəliyevin fikrincə, imzalanmış Birgə Bəyannamə Azərbaycanın maraqlarına uyğundur: “Bu, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyasının növbəti qələbəsidir. Azərbaycan Prezidenti dəfələrlə bəyan etmişdi ki, sülh sazişinin imzalanması üçün ATƏT-in Minsk qrupu ləğv olunmalı və Ermənistan bu məsələdə mövqeyini ortaya qoymalıdır. Əvvəllər rəsmi İrəvan bundan imtina etsə də, Prezident İlham Əliyevin qətiyyəti qarşısında bu şərti qəbul etmək məcburiyyətində qaldı. Artıq hər iki lider ATƏT-in Minsk qrupunun ləğv olunması ilə bağlı ortaq mövqe sərgilədilər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət də imzalandı”.
Azərbaycan diplomatiyasının növbəti uğurunun Zəngəzur dəhlizi ilə bağlı olduğunu deyən Samir Vəliyev qeyd edib ki, imzalanmış sənədə əsasən Naxçıvana maneəsiz gediş-gəliş təmin olunacaq: “Belə ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üzrə bu mühüm məqam nəzərə alınır. Beləliklə, Vaşinqton razılaşması məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşıb. Yəni, bütün proseslərdə Azərbaycanın liderliyi öz sözünü deyir. Bu baxımdan, Azərbaycanın mövqeyi bölgədə dayanıqlı sülhün əldə olunması üçün ciddi zəmin yaradır”.
O söyləyib ki, Prezident İlham Əliyev Ağ Evdə mühüm bəyanatlar verib. Dövlətimizin başçısı deyib: “Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik. Bu, nəinki bizim bölgəmiz, eyni zamanda, bütün dünya üçün böyük bir imkandır. Beləliklə, həqiqətən də məhz Tramp rifah və sülh marşrutu rabitə, əlaqələr baxımından divarları yox edəcək, əlaqələr yaradacaq və bir sıra ölkələr üçün investisiya, sərmayə, sabitlik və rifah baxımından böyük imkanlar açacaqdır”. Prezident İlham Əliyev Vaşinqtonda yerli televiziyalara müsahibəsində isə avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək tarixi gün adlandıraraq vurğulayıb: “Mən avqustun 8-ni bütün region üçün çox müsbət nəticələr verəcək dövlətlərarası münasibətlərimizdə tarixi gün hesab edirəm. Şübhəsiz ki, bu gün Azərbaycan və Ermənistan arasında baş verənlər həm də bütün region, Cənubi Qafqazda sülh, sabitlik və firavanlıq istəyən hər kəs üçün çox əhəmiyyətli olacaq”.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri, eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açır: “İki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanması da bunun göstəricisidir. Bu səfər həm də ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyır”.
“Göründüyü kimi, artıq Cənubi Qafqazda müharibə səhifəsi bağlandı. Bundan sonra regionumuzda sülh, rifah və əməkdaşlıq dövrü başlayır. Təbii ki, bu nailiyyətin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti dayanır”, - deyə Samir Vəliyev qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri